Sizə bir qadından bəhs edim. Dünyanın aparıcı nəşrləri ondan bəhs edirlər tez-tez. Onun gördüyü işlər həyatımızda yeni bir səhifə açacağına oxşayır…
Fatima Ebrahimi (İbrahimi) İranda doğulub. Tehran Politexnik universitetindən məzundur. Fizikdir, ABŞ-ın əfsanəvi Prinston (Princeton) universitetinin Astrofizika Elmləri Bölməsi və Prinston Plazma Fizikası Laboratoriyasında (PPPL) elmi araşdırmalar aparır.
Ebrahimi 2003-cü ildən PPPL direktoru S. Pragerin rəhbərliyi altında Wisconsin-Madison universitetinin Plazma Fizikası bölməsində çalışıb. O, Amerikan Fizika Cəmiyyətinin üzvü Dalton Şnak (Schnack) kimi aparıcı fiziklərlə əməkdaşlıq edir.
Fatima Ebrahimi indiki raketlərdən 10 dəfə daha sürətli fuzion raketlərdən söz etməyə başlayıb. Bu raket maqnit sahələri sayəsində saniyədə 20 km sürət əldə edir. Əgər günümüz raketlərilə Marsa 6-8 aya çatmaq mümkündürsə, yeni tipli raketlə bu məsafə 2 günə (!) qət ediləcək. Ebrahiminin təklif etdiyi raketlər maqnit sahələrindən güc alan itmə gücü ilə insanoğlu palnetlərarası səyahətlər belə edə biləcək. Fuzion raketlər sürətli olmaqla bərabər həm də daha az maliyyətli olacaqlar.
Amerikalı fizikin kəşfi hələki nəzəriyyə mərhələsində idi və artıq yaxında motorun prototipi hazırlanacaq. Raket motoru Günəşin maqnit sahələrindən istifadə edir, plazma parçacıqları buraxır və bunun sayəsində də görünməmiş bir itmə gücü əldə edir. Raket saniyədə 500 km (!!!) sürət toplayacaq ki, bu da saatda 1.8 milyon km (!!!) deməkdir.
Ən sürətli idman avtomobilinin 1 saata getdiyi yolu Ebrahimi bizi bir saniyəyə aparacaq.
Yer kürəsindən Marsa 55 milyon km-dir. Minirsən fuzion raketə ikicə günə Qırmızı planetdəsən. 10 il əvvəl belə bir şey eşitsəydim ağzımı büzərdim. Gör Bəşəriyyət hardan hara gəldi…
Fatima Ebrahimi xeyli müddətdir nüvə-istilik reaktoru layihəsində də çalışır (National Spherical Torus Experiment). Fuzion motorları fikri də onun ağlına bu layihədə çalışarkən gəlib. Əgər nüvə-istilik reaktorunda proseslər daxildə baş verirsə, Ebrahiminin mühərriki plazmanın püskürməsindən sonra maqnit sahələri ilə kontrol edilərək işləyir.
Aranızda "Ekspansiya” fantastika serialını (The Expance, 2015) seyr edənlər varsa, oradakı Epşteynin (Epstein) mühərrikini xatırlayar yəqin. Serialdakı kəhanətin bu qədər qısa bir zamanda gerçək olması Elmin və Texnolojilərin nər dərəcədə inkişaf etdiyini görürük.
Texnoloji sinqulyarlıq deyilmi bu? Yoxsa adı gələndə diksindiyimiz kabus gerçəkmi olur?...
İbrahim Nəbioğlu
qadinkimi.com