BURA / ORA
Siyasi qadınların şiddət fotoları yayıldı Tarix : 17 Yanvar 2020, 15:47
Yazar : Qadinkimi.com
İtaliyada AleXsandro Palombo adlı bir sənətçi qadınlara qarşı zorakılıq mövzusuna diqqət çəkmək üçün dünyanın ən məşhur siyasi qadınlarının üzlərini 'zorakılığa məruz qalmış' şəkildə göstərərək bir kampaniya başladıb.   

Milanın şəhər divarlarına asılmış kampaniya posterlərində ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama və Almaniya kansleri Angela Merkel də  yer alıb.

Dijital mühitdə hazırlanan plakatlarda qadınlara qarşı zorakılığın "irqi, sinfi və dini" fərqi olmadığı əks olunub.

Kampaniyanı həyata keçirən sənətçi ölkəsinin qurumlarından mənalı bir addım gözlədiyini söylədi.

'Sadəcə bir qadın olduğum üçün' adlı kampaniyada ABŞ siyasətinin yüksələn isimlərindən  Demokratik Partiyalı Aleksandriya Okasio-Kortez, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Myanma lideri Aunq San Suu Kyi və Fransanın birinci xanımı Bricit Makron da iştirak edib.

Məşhur qadınların portretlərinin altında "Mən məişət zorakılığının qurbanıyam", "Mənə daha az maaş verilir", "Mən sünnət olunmuşam", "İstədiyim kimi geyinməyə haqqım yoxdur", "Evlənəcəyim insanın kim olacağına başqaları qərar verir", "Təcavüz olunuram" kimi cümlələr yazılıb.

Kampaniya haqqında danışan italiyalı Palombo "Dünyadakı milyonlarla qadınların dramını ortaya qoymaq" və qurumları səfərbər etmək istədiyini deyib.

Eures araşdırma təşkilatının açıqladığı məlumatlara görə İtaliyada 2018-ci ildə 142 qadının qətl hadisəsi baş verib.

Bu cinayətlərin 119-u ailə üzvləri tərəfindən törədilib.

Polis məlumatlarına görə isə ölkədə hər 15 dəqiqədə bir qadın zorakılığa məruz qalır.
 
 
qadinkimi.com