BURA / ORA
Simona de Bovuardan sitatlar: "Xəyanətlə qoyub qaçmaq arasında fərq çox azdı" Tarix : 22 Noyabr 2022, 23:30
Yazar : Qadinkimi.com
Feminizmin yaradıcılarından biri, qadınlara həsr edilən " İkinci cins" kitabının müəllifi, filosof, yazıçı Simona de Bovuarın (1908-1986) sitatları: 
 
 


 


1. Gec qalmadan həyatınızı bu gün dəyişin. Gələcəyə arxalanmayın.  

2. Dahi doğulmurlar, dahi olurlar. 

3. Kişini evliliyə razı salmaq-sənətdir. Əri yanında saxlaya bilmək isə - peşə. 

4. Uzun ömür yaşasaz, görərsiz ki, hər qələbə məğlubiyyətə çevrilə bilir. 

5. Bir insanın azadlığı yalnız başqalarının azadlığından keçir. 

6. Orijinal yazıçı sağ olduğu müddətcə qalmaqallı biri olaraq qalacaq. 

7. İnsanlar yenilik istəyir, ancaq riski gözə almadan. Əyləncə istəyir, ancaq ciddi görünmək şərti ilə. Ləyaqətli imic istəyir, ancaq qurban vermədən, çox ucuza...

8. Sahib olduğumuz nə varsa, eyni zamanda bizə sahiblik edir. 

9. Uşaqlar yalnız uğurlu ailəyə sevinc gətirə bilər. 

10. Allahlıq etmək - ən yayılmış və məğlubedilməz arzudu. 

11.Öz ruhunda sığınacaq tapmaq üçün yaradıcı və işgüzar insan olmalısan. 

12. Qadınlar bir-biri ilə amansızdı. 

13. Həyat-dünyayla münasibətdi. 

14. Qadın sağlamlığı "qadın ola bilmək" məsuliyyətindən qorxmaqla zəifləyir. 

15. Dünyanın görüntüsü, dünyanın özü kimi yalnız kişilərin əl işidi. Onlar şəxsi yanaşmalarını  mütləq həqiqətlə qarışıq salıblar.  

16. Kübar qadının idealı - mütləq mənada önəmli olmaqdı. 

17. Həqiqət- bəzəksiz reallıqdı. Bu reallığı iş prosesində anlamaq olur. 

18. Yalnız müstəqil iş qadının davamlı muxtariyyətini təmin edə bilər. 

19. Xəyanətlə qoyub qaçmaq arasında fərq çox azdı. 

20. Öz bədəninə güvənin itməsi özünə güvənin itməsidi. 

21. Tarixi fakta əbədi həqiqət kimi baxmaq olmaz. 

22. Mutluluq - öz həqiqətlərinin həyatında yerini tapmasıdı.  

23. Tənha qadın ərsiz yox, kişisiz qadındı. 

24. İnsanlıq daim nəyəsə çevrilmək prosesindədi.  

25. Qadın doğulmursan, qadın olursan. 

26. Çılpaqlıq üzdəki həyasızlıqdan başlayır; Utanmazlıq sözlərdən. 

27. Qadın hər şeyi bağışlayır, amma bağışladığını tez-tez xatırladır, 

28. Sevgi güclüdürsə, gözlənti xoşbəxtliyə çevrilir. 

29. "Sevgi" kəlməsi hər iki cins üçün eyni məna daşımır. Səbəb onları bir-birindən fərqləndirən qarşılıqlı anlaşma təsəvvürüdü. 

30. Psixoanalitiklər kişini insan varlığı, qadını dişi kimi analiz edirlər. Hər dəfə qadın insan varlığı kimi nəsə edəndə onlar bunu qadının kişini yamsılaması, "kişi kimi" olması şəklində təhlil edirlər. 

31. Heç bir kişi qadın olmağı arzulamaz. Amma hamısı qadınların həyatlarında olmasını arzulayır. 

32. Ehtiras obyekti kimi istifadə olunduğunu hiss edən kişilər də üsyan qaldırır. 

33. Ən adi kişi də özünü qadınla müqayisədə yarımallah sayır.  

34. "Qadınları yaratdığı üçün Allaha minnətdarıq". "Qadınlarsız həyatı təsəvvür etmək olmaz". Bu kimi cümlələrlə kişilər şüuraltı fikirlərini ifadə edirlər. Onlar özlərinin yer üzündə olmasını çox təbii hal sayır, amma qadının olmasını təsadüf, həm də xoş təsadüf kimi təqdim edirlər. 

35. Özündən xilaskar obrazı yaratmaqla kişi qadının bir az da köməksiz olmasını arzulayır. Axı yatmış gözəli oyatmaq üçün gözəlin yatması şərtdi. Ağ atlı oğlan olmaq üçün qızın kasıb, kölə olması şərtdi. Bununla belə, qalib gəlmək xilas etməkdən daha çox xoşlarına gəlir. 

36. Qəlbinin dərinliyində kişiyə cinslərarası savaş oyun kimi maraqlıdı. Qadın isə həyatını karta qoyur. 

37. Qəribə paradoks var- kişini əhatə edən duyğusal mühit, yumşaqlıq, qayğıkeşlik, nəciblik qadından qaynaqlanır-kişi qadının dünyasında yaşayır. Qadın isə kobud və amansız kişi dünyasında çabalayır. 

38. İqtisadi məsələdə kişi və qadın iki ayrı kastadı. 

39. İstənilən hüququn əks tərəfi həmişə məsuliyyətdi. Məsuliyyət çox ağırdı. Bu halda hüquq da çətinləşir. Təbiidir ki, işçi qadınlar iş hüququnda yalnız zəhmət çəkirlər, irəliləmək çox çətin olur. Ona görə də xilas kimi nigahı seçirlər. Əslində isə evlilik lotereyasını yalnız mində bir qadın uda bilər. 

40. Evli cütlük bir-birini sevə bilər. Yalnız bu halda heç kim evlilik sevgisindən danışmır. "Ailə sevgisi"  qadın - kişi arasında sevginin olmaması anlamı daşıyır. 

41. Aşiq olan hər qadın müəyyən mənada paranoikdi. 

42. Sevgi qadın üçün böyük yer tutmur. Ər, uşaqlar, rahatlıq, "ərli qadın" adı, elitar həyat, sosial yüksəliş onun üçün qat-qat daha önəmlidi. 

43. Kişi qadına siyasi baxışını sırıya bilər, ancaq onun inancını, dini baxışlarını dəyişə bilməz. 

44. İki bacarıqsız, amma bir-birindən qopa bilməyən insanın nifrəti həqiqi və təsirli deyil. Bu, insanın ən bayağı halıdı. 

45. Aldanmış qadın əbədilik kateqoriyasında düşünməyə başlayır. 

46. Hər körpə ilahi qatda doğulur. Zamanla insana enir. 

47. Qocalıq həyatın parodiyasıdı. 


qadinkimi.com