ABŞ - dakı "Huffington Post" saytı apardığı araşdırmalar nəticəsində maraqlı nəticəyə gəlib.
Bu raşdırmalara görə şəxsi və iş həyatında xoşbəxt olmaq istəyən qadınlar müəyyən vərdişlərdən və hərəkətlərdən imtuna etməlidir:
1. Tez-tez üzr istəmək.
2. Hər kəsə ''Bəli'' demək.
3. Qidanı düşmən kimi görmək.
4. Öz vücudunu pisləmək.
5. Hər gün hündürdaban ayyaqabı geyinmək.
6. Başqa qadınların intim həyatını müzakirə etmək.
7. Super görünməyə can atmaq.
8. Hər şeyin, hətta xəstəliklərin belə cavabını
internetdə axtarmaq.
9. Tənha
qalmaqdan qorxmaq.
10. Darıxdırıcı dostluqlara davam etmək.
11. Öz həyatını başqalarının həyatı ilə müqayisə etmək.
12. Keçmişdəki peşmanlıq və günahlara ilişib qalmaq.
13. Sadəcə münasibətdə olmaq xatirinə münasibət yaşamaq.
14. Tətil günlərini yaxşı dəyərləndirməmək.
15. Hobbilərindən utanmaq.
16. Həyatındakı vacib günlər üçün tarix seçmək.
Sizi narahat edən, xoşbəxtliyinizə mane ola biləcək bütün səbəblərdən uzaq olun. Özünüzü rahat hiss etmədiyiniz adamlarla ünsiyyətdən qaçın. Sadəcə xoşbəxt olmağa çalışın!
qadinkimi.com