SEKS
Seksdə 7 qayda Tarix : 13 Noyabr 2019, 00:18


Qayda 1 - Spontanlıq. Planlı seks darıxdırıcıdı. Gözlənilməz olun. Seksi yubiley təbrikinə çevirməyin. Qəfildən və ağılasığmaz yerdə sevişin.  

Qayda 2 - Rəng qatın. Eyni tərz, eyni hərəkət, eyni məkan sıxıcı ola bilir. Yadda qalan bir şey düşünün. 

Qayda 3 - Əminlik. Əzilib-büzülməyin, özünüzü dartmayın, məsumluğu oynamayın. Əmin görünün, rahat olun. Bütün işlərdə  məsum yox, bacarıqlı tərəfdaş lazımdı. Beləsinə həmişə ehtiyac olur. 

Qayda 4 - Danışın. Akt vaxtı sözlər deyin, sakit, ehtiraslı. Partnyora sənə onunla xoş olduğunu bildirmək üçün ucadan bağırmağa gərək yoxdu. Bunu qulağına söyləyə bilərsiz. Ona sehrli sözlər deyin. Necə möhtəşəm, çəkici, sevimli və bacarıqlı olduğunu pıçıldayın. Ondan zövq aldığınızı gizlətməyin. Bu, sizi daha yaxın edəcək. 

Qayda 5 - Ecazkar olun. Gözəl qoxulu duş geli ilə çimin, təravət saçın, saçlarınız təmiz, dəriniz tər olsun. Bədəninizi sevin, aromatlı şampun və gellərdə qənaət etməyin. Sizi qoxlamaqdan ləzzət alsın. 

Qayda 6 - Dadlı qayda. Acqarına sekslə məşğul olmayın. Yeyəndən dərhal sonra da etməyin. Orta vaxt seçin. Ən maraqlısı, birgə yemək hazırlayaraq təamlardan azca dadıb mətbəxdə sevişmək olar. Əyləncəyə çevirin. 

Qayda 7 - Gözəl şərab. Azacıq şərab sizi tam rahat edə bilər. Amma! Hər dəfə içkili halda sekslə məşğul olmayın. Bu, keyfiyyəti öldürür. Detallar unudulur, ayıq başla alınan zövqü əvəz etmir. Və ən pisi, siz içki qoxusu ilə yadda qalırsız.  

qadinkimi.com