SEKS
SEKS ŞOPLARIN FƏALİYYƏTİ - 18 + Tarix : 25 Yanvar 2019, 23:57

Dünyanın bir çox ölkəsində lisenziyalı seks şoplar fəaliyyət göstərir. 
Uzağa getmədən qonşu ölkələri misal gətirə bilərik. Türkiyə və Rusiyada belə mağazalar açıq fəaliyyət göstərir və müxtəlif intim əşyaların satışı ilə məşğul olur. Bu əşyalar həm yerli zavod, fabrik və sexlərdə, həm də Çində istehsal olunur. Bu mağazaların yolboyu fəaliyyətinə icazə verilmir. Onlar çöldən yalnız öz mağazalarını reklam edə bilərlər. Mağazalar kirayə binaların üst mərtəbələrində yerləşir və öz reklamlarını mərtəbələrinə yaxın yerdən şəhər sakinlərinin görə biləcəyi formada  yerləşdirmək icazəsinə sahibdirlər. 
 
Mağaza satıcılarının dediyinə görə, müştərilərin çoxu cütlüklərdi. Onlar intim həyatlarını zənginləşdirmək üçün bura baş vururlar. Adətən alınan məhsullar ehtiras artıran gellər, ətirlər, massaj üçün yağlar və seksual alt paltarları olur. Mağazada süni cinsiyyət orqanları da satılır. Onlar dəriyə zərər verməyən yumşaq materiallardan hazırlanır.  Belə məhsulları daha çox tənha adamlar əldə edirlər. Amma satıcıların dediyinə görə, evli cütlüklər də bəzən süni cinsiyyət orqanları alır.  Onlar bir-birində seksual intriqa yaratmaq üçün belə əşyalar əldə edirlər. 
Müxtəlif formatlı qıcıqlandırıcı prezervativlər, ehtiras yaradan vibrasiya və masturbasiya alətləri də çox alınan mallar siyahisinə aiddi. Satıcılar deyir ki, bu tipli məhsulları daha çox gənclər alır. 
 
 
Nisbətən orta yaşlı təbəqənin marağı isə seks aləmində "ağa və kölə” adı ilə terminləşdirilən seks oyunları üçün nəzərdə tutulmuş məhsullardı. Bura qamçılar, qandallar, ağıza keçirilən zəncirli toplar və s. aiddi.  Satıcıların dediyinə görə bu cür məhsullara tələb yüksək deyil.  Zorakı seks oyunları çoxuna maraqlı gəlsə də, alıcıların içində bu əşyalardan daimi istifadə edənlər azlıq təşkil edir. Qadınların ən çox tələbinə uyğun olan məhsullar isə seks həyatı üçün nəzərdə tutulmuş geyimlərdi. 
 
Bura ipli və ortası açıq bikinilər, tor korsetlər, qırçınlı uzun, tül corablar və bədəni seksual göstərən penuarlar aiddi. Kişilər daha çox potensiyanı gücləndirən preparatlara üstünlük verirlər. Orqanı böyüdən, aktı uzadan yağlar və dərmanlar kişilərin ən çox aldığı məhsullardı. Problemli alıcıların olub, olmadığına gəldikdə isə, satıcılar insanların bəzən maraqdan mağazaya girdiyini və heç nə almadığını deyirlər. Bəzən hətta mağazaya qəsdlə gəlib belə fəaliyyətinə görə oranı tənqid edənlər də tapılır, amma bu, nadir hallarda baş verir.  
 
 "Bizim mağazaya öz intim həyatını rəngarəng etmək istəyən şəxslər gəlir. Bu səbəbdən də alıcılarla problem yaşamırıq” deyir mağaza müdiri. Bu cür fərqli mağaza açmaq ideyasının yaranma səbəbini isə müdir belə izah edir: " Əslində, bütün insanlar seks həyatına çox önəm verir. Sadəcə olaraq hər kəs bunu açıb - ağartmır, bəzən ölənə kimi ürəyində saxlayır. Biz bu mağazanı insanların həyatlarına maraq qatmaq üçün açmışıq. Bilirsiniz, insan meşə heyvanı deyil ki, illərlə eyni şəkildə cütləşsinlər. İnsan ali varlıqdı  və  onun şüuru var. Buna görə də onun seksə yanaşması heyvanlardan fərqlidi. O, seksual münasibətlərini bəzəmək, ora prelüd qatmaq, prosesi teatrallaşdırmaq istəyir. Biz də bu şansı onlara yaratmaqdan zövq alırıq”.
 
qadinkimi.az   

 
qadinkimi.com