BURA / ORA
Şarlotta Brontedən sitatlar: 'Ürəyinizi ona ehtiyacı olmayana verməyin' Tarix : 01 Dekabr 2022, 13:00
Yazar : Qadinkimi.com
Şatlotta Bronte - dünya ədəbiyyatının şedevrlərindən biri "Ceyn Eyr" əsərini yazmış ingilis yazıçıdı. 
(ing.Charlotte Brontë; 21 aprel 1816 — 31 mart 1855) 

Qadın olduğu üçün romanı səbəbsiz tənqidlərə məruz qalmasın və psixoloji zorakılıq yaşamasın deyə özünə kişi təxəllüsü — Karrer Bell adı götürüb. 
 



Şarlotta Brontedən sitatlar təqdim edirik: 

1. Özünüzə o qədər hörmət edin ki, ruhunuzu və ürəyinizi buna ehtiyacı olmayan adama verməyəsiniz. 

2. İnsanların səni sevdiyini və sənin varlığına sevindiyini bilməkdən böyük xoşbəxtlik yoxdu. 
    
3. Mənə elə gəlir ki, həyat küskünlükləri, kini ürəyində bəsləyib saxlamaq üçün çox qısadı. 

4. İnsanlar bir qayda olaraq onların fikirlərini və ürəklərində olanı oxuya bilənləri sevmirlər.

5. Hiss edəndə ki, artığam sakitcə öz azadlığıma yağışlıq kimi bürünüb otururam. Qürurumla duvaq kimi örtünürəm və təkliyə çəkilirəm. 

6. Məni kimsə özündən kənara itələyəndə uzaqlaşıram. Kimsə məni unudanda nə baxışla, nə sözlə özümü yada salıram. 
   
7. Qəribə haldı - daxili simpatiyanın hansı əlamətlə və hansı hisslə yaranması bir tapmacadı, açmasını bəşəriyyət hələ tapmayıb. 

8. Bütün dünya sənə nifrət etsə və səni yararsız, hətta pis biri hesab etsə belə öz vicdanın qarşısında təmizsənsə, mütləq yaxşı dostlar tapacaqsan. 

9. Keçmişə dönməyə nə ehtiyac var? Bu gün belə aydındısa... Gələcək daha işıqlı ola bilərsə...

10. Bizi səxavətlə sırınan şeylər cəlb etmir. 

11. Nə böyük xoşbəxtlikdir ki, zaman içimizdəki qisas hissini məhv edir və qəzəb yanğınını söndürür.

12. Səmimilik gülünc görünə bilməz və hər zaman hörmətə layiqdi. 

13. İnsan dözülməzə dözürsə, artıq daşlaşıb.

14. Yaxşı əhvalda olmağımız təkcə öz həyatımızda və ruhumuzda baş verənlərlə bağlı deyil. Həm də bizi əhatə edən mühitdə baş verənlər və edilənlərlə bağlıdı. 

15. Bizi səbəbsiz yerə vururlarsa, zərbəyə zərbə ilə cavab verməliyik, həm də elə zərbəylə ki, ömürlük bizi vurmağı tərgitsinlər. Mən buna əminəm! 

qadinkimi.com