Salyan rayonunda qəribə toy mərasimi baş verib.
Toy günü gəlinin başqasıyla qaçdığını görən bəy, bir neçə saat ərzində özünə yeni gəlin taparaq toyu edib.
Rayon sakinlərinin verdiyi məlumata görə:"Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toy günü qız öz istədiyi ilə qoşulub qaçıb. Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toy günü qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.