BURA / ORA
Saç salonunda edilən səhv nəticəsində iflic ola bilərsiniz Tarix : 29 Noyabr 2019, 11:28
Yazar : Qadinkimi.com
Bundan 8 il əvvəl Deyv Taylor adlı bir nəfər saç salonuna gedir. Həmin gündən sonra həyatı heç vaxt əvvəlki kimi olmur. Bərbərə getdikdən 3 gün sonra Deyv gəzərkən müvazinətini itirir və birdən-birə yerə yıxılaraq özündən gedir. Deyv təcili yardımla xəstəxanaya çatdırılır. Burada ona iflic olduğu deyilir. 

45 yaşlı Deyv həmin gündən sonra bir daha maşın sürə bilməyib. Hətta Mirror qəzetinin bildirdiyinə görə hadisədən 8 il keçməsinə baxmayaraq, Deyv ancaq dərmanlar vasitəsilə həyatda qala bilib. 

Bəs nə baş verib?

Hər şey saç salonuna getməklə başlayıb. Deyv saçlarının yuyulması üçün başını arxaya doğru əydiyi zaman beynində bir qan laxtası əmələ gəlib. Bu qan laxtası onun iflic olmasına yol açıb. Bu hadisədən sonra Deyv hər kəsi bu barədə xəbərdar etməyi özünə borc bilib.   
 


Bundan əlavə, Deyv həmin saç salonunu məhkəməyə verərək, məkan sahibinin 113 min dollar təzminat almasına da nail olub. 

Deyvin başına gələn bu hadisə ilə bağlı ingilis qəzetlərinin verdiyi məlumatlara görə, Deyv bu cür situasiya ilə qarşılaşan ilk və son şəxs deyil. "Beauty Salon Stroke Syndrome” (Gözəllik salonu zərbə sindromu) termini İngiltərədə 1993-cü ildən bəri istifadə edilir.  2016-cı ildə başqa bir ingilis də eyni səbəbdən iflic olub. 
 


Aparılan araşdırmalarda bərbərxanalarda əksər hallarda saç yumaq məqsədilə istifadə edilən başın arxaya doğru əyilməsi vəziyyətinin birbaşa iflicə səbəb olduğu üzə çıxarılıb.
 
Bunun qarşısını almaq üçün başınızı ən çox 15 dərəcə istiqamətində arxaya doğru əyməyiniz məsləhət görülür. 

Deyvin fikrincə burda çıxış yolu dəsmal və ya yastıq istifadə edilməsidir. O hesab edir ki, dəsmal və ya yastıq istifadəsi sayəsində bu bədbəxtlikdən qorunmaq mümkündü.  
 


Mirror qəzetinə müsahibəsində Deyv "Bərbərxanalarda bundan sonra yastıq istifadə edilməlidir. Saç ustaları bu sindrom haqqında müştərilərdən daha çox məlumatlıdır. Amma bunun qarşısını almaq üçün heç nə etmirlər” deyib. 

Deyvin başına gələnlər həqiqətən bədbəxt hadisədir. İnsanların bu mövzu ilə bağlı mütləq maarifləndirilməsi lazımdır. Növbəti dəfə saç salonuna getdiyinizdə başınızı arxaya doğru əymə vəziyyətini bu məlumatları nəzərə alaraq düzgün seçin. Heç kimin bilmədiyi, ancaq çox önəmli olan bu mövzunu dostlarınızla da paylaşın!
 

qadinkimi.com