Daryanın dediyinə görə keçən il gecə evdə su olmadığı üçün həyətə su almağa düşüb. Həmin vaxt 38 yaşlı sonradan məlum olduğu kimi evli bir kişi üstünə cumub və onu zorlamaq istəyib. Darya rəssamlıqla məşğul olduğu üçün evdən çıxarkən hər ehtimala qarşı qələmyonan bıçağını da götürüb. Həmin bıçaqla kişini yaralayaraq qaça bilib. Polisə şikayət etməyib. Amma bir müddət sonra kişinin şikayəti ilə polislər Daryanın evinə gəliblər. Ona cinayət işi açılıb və qızı 9 il azadlıqdan məhrum edilmə gözləyir. Qızın hadisənin özünü müdafiə zəmnində olması ilə bağlı verdiyi ifadə diqqətə alınmayıb.
Daryanın sözlərinə görə, əvvəlcə KİV-dən dəstək almaq istəyib. Ona "günah özündədi, qısa ətəklə çölə çıxmazdın, gecə vaxtı küçədə nə işin var" tipli cavablar verilib.
Bu günlərdə Darya sosial şəbəkədə zorakılıq qurbanı olanlar adına kampaniya başladıb. Çiyninə "öz günahım deyil" sözləri yazaraq paylaşıb. Və zorakılığa qarşı petisiya yaradıb. Gözlənilmədən kampaniyaya yüzlərlə insan qoşulub. "Öz günahım deyil" sözlərini yazıb həştəqlə paylaşanların sayı artıb və bu hadisə nəhayət Rusiya mediasını cəlb edib. İndi bütün rus KİV-ləri Daryanın aksiyasından xəbər hazırlayır.
qadinkimi.com