OlimpYunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ, Zevs başda olmaqla allahların məkanı hesab olunurdu. Allahların burada keçirilən məclisi də Olimp adlanırdı.
Olmpiya oyunları qədim Yunanıstanda 28 əsr əvvəl Allahların məkanı hesab edilən Olimp dağının adı ilə Olimpiya şəhərində keçirilməyə başlayıb.
Qadınlar bu oyunlara nəinki iştirakçı, hətta tamaşaçı kimi də buraxılmırdı. Oyunlarda tamaşaçı kimi də olsa iştirak etməyə cəhd edən qadınları cəzalanır,Olimpiya şəhərinin yaxınlığında olan Alfey çayının sahilindəki nəhəng qayalıqdan atırdılar.
Rəvayətə görə Rodoslu Kallipateria öz həyat yoldaşının paltarlarını geyərək tamaşaçı kimi Oyunlarda iştirak edib. Maraqlı odur ki, oğlu Paseydoru yumruq döyüşünə hazırlıq məşqlərinə məhz Kallipateria özü rəhbərlik edib. Hətta ana oğlunun qalib olacağına əmin olub. Kişi geyimində məşqçilərin arasında meydana gəlib. Paseydor bir – birinin ardınca Olimpiya iştirakçılarını məğlub edərək Olimpiya oyunlarının qalibi olur. Həyəcanlanan ana sədləri keçərək döyüş meydanına daxil olur və oğlunu qucaqlayır.Olimpiya çempionu olduqda həyəcanını gizlədə bilməyərək stadiona atılıb və oğlunu qucaqlayır. Qadın sevinc həyacanından geydiyi paltarı belə unudur, başından papağı düşür, uzun hörükləri görünür. Bu hiddətə səbəb olur. Hakimlər və tamaşaçılar bunu görüb onun ölümünü tələb edirlər. Lakin Kallipaterianın atası Diaqor, qardaşı və oğlu müxtəlif vaxtlarda Olimpiya oyunlarının qalibləri olduqlarına görə onu bağışlayırlar. Sonrakı illərdə elə qərar qəbul etmişdilər ki, idmançılar, məşqçilər və xidmətçilər yarış yerinə çılpaq gəlməli və mandatdan keçməli olmuşlar.
qadinkimi.com