Qədim zamanlardan insanlar rənglərin insanın xarakterini ifadə etdiyini, əhval ruhiyyəyə təsir etdiyini, simvolik məna daşıdığını biliblər və bundan istifadə ediblər.
Bu məsələni daha dərin və dəqiq öyrənən professor Maks Lüşer olub. Onun yaratdığı 8 rəngli Lüşer testi ən populyar və dəqiq testlərdən sayılır.
Boz – Əgər boz rəngi seçmisizsə, sizə sakitlik və stabillik lazımdı. Xarici qıcıqlardan özünüzü təcrid etməyə çalışırsız. Bu daha çox həyatda passiv mövqe tutan şəxslərin seçimidir.
Mavi – Xəyalpərəst, etibarlı, tez öyrəşən insanların xarakterinə uyğundur. Lakin bu insanlar uğursuzluq zamanı asanlıqla ruhdan düşürlər.
Yaşıl – Bu rəngi sevənlər sözü üzə deyən, bir qədər özünü ideallaşdırmağa meylli və başqalarını zorla yaxşılaşdırmaq istəyən insanlardı.
Qırmızı – Bu rəngi 1-ci yerə qoyanlar güclü emosiyaların intensivliyini artırmağa çalışırlar.
Sarı – Bu rəngdə geyinənlər müstəqilliyə meyl edirlər, xoşbəxt həyata ümid edirlər.
Bənövşəyi – Bu rəngə üstünlük verənlər öz ətraflarında harmoniya və sülh mühiti yaradırlar. Lakin qərar qəbul etdikdə tərəddüd edirlər.
Qəhvəyi – Bu rəngi sevənlər istirahətə güclü ehtiyac duyurlar.
Qaranı xoşlayanlar tale ilə mübarizədən adətən məğlub olanlardı.
Bütün bunlar rənglərin insan haqqında dediyinin çox az bir hissəsidir. Rənglər vasitəsi ilə nəinki xarakter, əhval-ruhiyyəni də müəyyən etmək olar. Həm də onun fəaliyyətinə, davranışına təsir etmək mümkündür.
Məsələn, əhval-ruhiyyənizi qaldırmaq istəyirsizsə, ətrafınızda olan əşyalara üstünlük verin. Narahatlıq, təşviş keçirmisizsə, mavi, yaşıl rənglərlə özünüzü əhatə edin.Daha aktiv, fəaliyyətli olmaq istəyirsizsə, sarı, narıncı rənglərdən istifadə edin. Həyatınıza ehtiras gətirmək istəyirsizsə qırmızı rəngə üstünlük verin.
Hazırladı: Günel Dəniz
qadinkimi.com