Kişilərin gecə gündüz baş sındırdığı "qadın nə istəyir” sualının cavabı niyə cavabsız qalır?
Dünyada tanınmaq istəyən, gündəmi tutmaq istəyən, gündəmi dəyişmək istəyən bütün kişilər, ara-sıra qadından yazıb və istəyinə nail olub.
Yəni?
Yəni gündəmdə və tarixdə qalıb.
Əslində isə çətin olan bir şey yoxdur.
Məğribdən Məşriqə qədər, qadınlar antropoloji dəyişiklik nəzərə alınmasa, eynidir.
Adət - ənənə, geyim, saş düzümləri, təhsilləri nəzərə alınmasa, dəyişik bir şey yoxdur.
Bütün qadınlar quruluşca eynidir.
O halda niyə kişilər belə çətinə düşüb?
Niyə qadının nə istədiyini hələ də "ixtira" edib başa vura bilmirlər?
Niyə qadınlar kişilərin nə istədiyini bilir?
Kişilər heç vəchlə bu "sirrin” üstünü aça bilmirlər.
Demək, problem sorğudadır.
Sualın, vurğunun düzgün qoyulmamasındadı.
Siz heç özünüzə zəhmət verib bilmək istədyiniz sualın cavabını qadından soruşdunuzmu?
Bu qədər sadə bir məsələni mürəkkəbləşdirməklə, özünüz qadından nə istəyirsiz?
Qadın olaraq mürəkkəb sualınıza sadə cavab vermək istəyirəm.
Qadın - dünyanın və evinin mizan tərəzisinin düz olmasını istəyir.... Vəssalam.
İndi nə qədər istəyirsiz mizan tərəzinin üstunə suallarınızı yığıb çəkin, görək nə qədər gəlir.
Cavabınızı gözləyirəm. - Mehriban Zeynalova
Qadinkimi.com