Yer kürəsində nə varsa, kainatın parçaları və ya hüceyrələridi. Dünya balanslıdır, çünki enerjinin saxlanma qanunu kainatda həmişə tətbiq olunur - ödənilir. Bu qanuna görə həqiqət norma, yalan isə patologiyadı. Kainatda olduğu kimi insan orqanizmində də hər bir hüceyrə özünəməxsus rolunu yerinə yetirir və bununla da mövcud olma hüququnu qazanır. Bir hüceyrənin rolu pozulursa, bütün orqanizm xəstələnir. Yalançı insan da kainat üçün xəstə bir hüceyrədir, çünki düzgün işləməsini pozur, ahəngdar məlumat əlaqələrini məhv edir. Buna görə də, bir yalana cavab olaraq, kainat bir insana bir cəza göndərir ki, yalanın səhv olduğunu başa düşsün və bunu dayandırsın. Cəza, ilk baxışdan yalanla əlaqəli olmayan hər hansı bir mənfi hadisə ola bilər. İnsan yalan danışmağa davam edərsə, daha da ağır cəza gəlir. Hətta şəxsi həyatında xoşbəxtliyin olmaması və ya işlərin də uğursuzluq da ola bilər. Real həyatda xoşbəxt ola bilməyən xəyallar üzərində qurulmuş bir dünyada yaşayan, hisslərini gizlətmək bacarığına sahib olan yalan danışanlar - mitomanlar həyat fəlsəfələrinə görə dünyaları öz təyin etdikləri qaydalara görə qururlar. Beyində ağ maddəsi çox olanın daha yaxşı yalan danışmağı xəstəlik səviyyəsindədir. İlkin olaraq onların xəstəliklərini çox yaxın bildikləri insanlar, qohumları anlayır və müalicə olmaları üçün razı salmağa çalışırlar. Onlara xəstə kimi baxaraq təcrid etmək də olmaz. Çünki çox zaman onlar xəstə olduqlarını da bilmirlər. Belə hallar baş verərsə, xəstəni mülayim şəkildə izah etməklə düzgün mütəxəssisə yönləndirmək lazımdı. Onları öz dünyaları ilə baş-başa buraxmaq bir insan itirmək deməkdi. Zaman keçdikcə, onlar uydurduqları dünyaya o qədər aludə olurlar ki, real həyatla bağlantıları qopur. Sonradan onları real həyata qaytarmaq çətin olur. Ancaq yalanları bir-bir ortaya çıxdıqda ətrafdakıların inamını itirirlər. Əhatəsindən əks münasibəti duyar-duymaz mütəmadi olaraq dost çevrəsini dəyişirlər. Onların yalanlarını düzəltmək kimi bir məqsədləri də olmur.
Əgər bir şəxs yalan dedikdən sonra ona olan inam, etibarın şübhəyə keçdiyini duyursa, yaxınları ilə münasibətləri səngiyirsə peşmanlıq hissi keçirib etiraf etsə, deməli, o, mitomaniya xəstəsi deyil. Yalan söyləmək artıq həyat tərzinə çevrilmiş adamlar üçün bu o qədər də asan deyil, çünki mitomaniya yalana inanma xəstəliyidi. İlk növbədə siz özünüzü xilas etməlisiniz. Patoloji yalançıya xüsusi rəğbətiniz varsa, o sizi öz ağlınıza şübhə etməyə sövq edəcək. Səhv etdiyinizə, səhv başa düşdüyünüzə və ümumiyyətlə şübhələrinizin əsassız olduğuna sizi inandırmağa çalışaraq psixikanıza ciddi zərbələr vuracaq. Və bu bəladan qurtarmaq üçün yeganə çıxış yolu mümkün qədər tez uzaqlaşmaqdı. Yalan aşkarlanarsa, subyektin nüfuzu və vicdanı ciddi zərər görəcəyini düşünürsünüzsə, səhv etmiş olursunuz.
O bir zamanlar belə idi. İndi isə hər kəsin öz həqiqəti var. Ümumyyətlə dünyada da fərqli həqiqətlər mövcuddu. Hər bir insanın qarşılıqlı eksklüziv fikirlərı, fərqli dünyagörüşləri və dəyər sistemləri var. Mitoman bir şeyə inanırsa və ya inanmırsa, bu onun həqiqətidi. Öz yalanına inandığı zaman isə bəzən şüursuz, bəzən də şüurlu olaraq riyakarlıq edir.
Yer kürə şəklinə malikdir və öz oxu ətrafında fırlanır. Yəni bu mütləq bir həqiqətdirmi?! Bəlkə də yox. Həqiqət bəzən bizə görünmür, təxəyyülümüzdə inandığımızı mənbələrə istinadən qəbul edir və ya etmirik. Bəlkə həqiqətlər və yalanlar prizmasına kənardan baxanda başımızın üzərini alan qara buludlar və yaxud problemin kökü "qorxmuş insanlar daha yaxşı idarə olunur” teoriyasıdı?!
Əslində həqiqət insanları bir araya gətirən sosial müqavilənin, başqa sözlə hamı üçün ortaq dəyərlərin - hər kəsin yaşamaq, təhsil, tibbi xidmət hüququnun, inkişaf və xoşbəxtlik hüququnun əsasını təşkil edən vahid bir sistemdi. Deyirlər düşünmək mühakimə etməkdir. Nə qədər insan varsa, o qədər də fərqli düşünən, həyatımızda - sosial şəbəkələrdə, mediyada mühakimə edənlər, bəzən həqiqəti söyləyən, bəzən də yalanlar yayan, danışdıqlarına, paylaşdıqlarına özləri inanan, inanmayan, neqativ əhval - ruhiyyə ilə insanların psixikasına mənfi təsir edən adamlar var.
Pessimist düşüncəyə aludə olub içimizdəki işığı sönməyə qoymayaq. Çətinlik hər dövrdə olub, bizə gələn bu bəlanı deyilənlərə əməl edərək, soyuqqanlı ötüşəcəyinə, həyatımızın öz axarına düşəcəyinə həqiqətən inanaq.
Yeganə İskəndərova
qadinkimi.com