Qadinkimi.com Rusiya mətbuatına istinadən bildirir ki, Qazaxıstanın "Bek Air” aviaşirkətinə məxsus "Fokker 100" tipli sərnişin təyyarəsi Almatı Hava Limanı yaxınlığında qəzaya uğrayıb.
Yerə düşən Bek Air" aviaşirkətinə məxsus təyyarə beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb.
İlkin ehtimallara görə, qəzaya səbəb təyyarənin mühərrikində yaranan nasazlıq olub.
Təyyarənin göyərtəsində 95 sərnişin və 5 heyət üzvü olub.
Almatı şəhərinin meriyasının məlumatına əsasən, qəza nəticəsində 14 nəfər həyatını itirib. Həlak olanların sayının artacağı proqnozlaşdırılır.
Hadisə yerində xilasedicilər işləyir.
qadinkimi.com