BURA / ORA
Qatarın önünə uşaqla atılan qadın ərinə qəzəbli imiş-Rusiyada hadisə Tarix : 14 İyun 2019, 14:01
13 iyun Rusiyanın Tver şəhərinin Tver Dəmiryol Stansiyasında bir qadın uşağı ilə birgə özünü qatar yoluna atıb. Xoşbəxtlikdən sürücü anında əyləci basıb və qatar dayandırılıb. Qadın xəsarət alsa da uşağa heç nə olmayıb. İlkin araşdırma zamanı məlum olub ki, qadın relslərə atılmadan öncə əri ilə mübahisə edib və daha sonra əsəbi vəziyyətdə uşağı da götürərək platformadan aşağı atılıb. Bu gün alınan xəbərə görə hazırda qadın xəstəxanaya yatırılıb. Uşaq isə ataya təhvil verilib. Hadisə stansiya kameralarına düşüb. Görüntülər ilkin məlumatları təsdiqləyib. Videoda qadının özünü qatarın önünə atmadan öncə bir kişi ilə mübahisə etdiyi görünüb. Faktla bağlı araşdırma aparılır. 

qadinkimi.com