Aparılan elmi araşdırmalar və müşahidələr qadınların özlərinin də bimədiyi bir sıra xüsusiyyətlərini müəyyənləşdirib:
1. Qadınlar gördükləri işləri deyil, görəcəkləri işləri daha yaxşı yadda saxlayırlar.
Bu araşdırmanı psixoloq Liana Palermo aparıb. 100 kişi və qadın arasında aparılan təcrübə göstərib ki, kişilər edəcəkləri işləri daha çox unudurlar. Məsələn, kişi evə lazım olan ərzaqları almağı asanlıqla unudur. Daha çox ailənin yükünü daşıyan qadının beyni bütün günü görəcəyi işlərlə məşğul olur.
2. Qadınlar sevdikləri kişini qoxusundan tanıya bilir.
Qadınlar sevdiklərinin qoxusuna daha həssasdır və bu onlara daha doğmadır. Britaniyanın Kolumbiya Universitetinin alimləri belə hesab edir ki, hətta sevdiyinin qoxusu qadının əsəblərini sakitləşdirir.
3. Qadınlar kişilərə nisbətən gec vurulur.
Bu da müəyyən araşdırmaların nəticəsidir. 1- 4 –cü görüşlər zamanı kişilərin 25 %-i, qadınların 15 %-i sevgi duyğusu yaşayır, başqa sözlə sevdiyini düşünür.
4. Hamiləlik zamanı taksikoz faydalıdır
Kanadalı mütəxəssislər hesab edir ki, hamiləlik dövründə yaşanan başağrıları, səhər tezdən olan ürəkbulanmalar və s. bu kimi hallar körpənin sağlam inkişaf etdiyini göstərir. Təbii ki burda təzyiqin dəyişməsi, davamlı ürəkbulanmalar, başgiccələnməsi nəzərdə tutulmur. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
5. İO –intellekt səviyyəsi yüksək olan qadınların ana olmaq arzusu daha az olur
Britaniyalı psixoloq Satosi Kanadzava intelekti artdıqca qadınların ana olmaq arzusunun azaldığını müəyyən edib. Çox hallarda belə qadınlar ana olsalar belə, bir uşaqla kifayətlənirlər. Onlar öz karyeraları, həyatı haqqında düşünür. Bilik səviyyələrini artırır, səyahəti sevirlər. Psixoloq bu səbəbdən gələcək nəslin intelektinin daha aşağı olacağını düşünür.
6. Daha çox uşaq doğan qadınlar tez qocalır.
ABŞ–ın Corc Meyson Universitetinin tədqiqatçıları doğmamış, ya az uşağı olan qadınların orqanizminin daha gec qocaldığını müəyyənləşdirib. Yaşa dolduqca insanı cavan saxlayan hüceyrələr azalır və bərpa olunmur. Elmi araşdırmalar göstərib ki, əsəb, müxtəlif xəstəiklərlə yanaşı hamiləlik də bu hüceyrələrin azalmasına səbəb olur.
7. Qırmızı rəngli geyimli qadınlar öz həmcinslərində qısqanclıq yaradır.
Slovokiya Akademiyasının elmi işçisi Adam Pazda daha maraqlı eksperiment aparıb. O bir – neçə qadın və kişiyə müxtəlif qadın şəkilləri paylayıb, sonra onlardan həmin qadınlarla bağlı fikirlərini bölüşməyi xahiş edib. Məlum olub ki, qırmızı paltarlı qadınlar daha çılğın, yüngülxasiyyətli təsir oyadıb. Qadınlar sevdikləri kişinin belə xanımlarla ünsiyyətdə olmasını arzu olunmaz hesab ediblər.
Yazıda ADME.ru-nun məlumatlarına istinad edilib.
qadinkimi.com