QADIN / KİŞİ
Qadınların könlünü sevindirməkdən heç kimsə heç nə itirməz. Elə deyilmi? Tarix : 28 İyun 2020, 01:28

Duyğularını bəzən gizlədən, bəzən də hisslərini göstərməkdən çəkinməyən qadınları xoşbəxt etmək təsəvvür etdiyimiz qədər çətin deyil. Qadınların ən xoşbəxt olduğu günün "brilliant üzüyü” barmağına taxdığı gün olduğunu düşünürsünüzsə, yanılırsınız. Əslində onları sevindirmək, xoş anlar yaşatmaq üçün sərvətə, ya da son dəqiqə alınan hədiyyələrə ehtiyac yoxdur.

"Kədərli” olduqları anda belə qadınları sevindirən 9 şey

1. Əslində tək ehtiyacları çiyindir!


Kədərli olduğunu anlayıb həmin an qadının yanında olan yoldaş ona hədsiz xoşbəxtlik bəxş edir.

2. Sevdiyi insanlar


Sevdiyi bir insanın müvəffəqiyyətini görmək qadını hədsiz sevindirir. İbtidai sinifdə yazını anana göstərdiyin zaman onun necə sevindiyini xatırlayın.

3. Sən arıqlamısan?


Bu sehirli cümlə ürəkdən və qəflətən deyildiyi zaman qarşınızdakı qadının xoşbəxt olması qaçılmazdır. Bir qadını xoşbəxt etmək bax bu qədər asandır.

4. İlk "Ana” kəlməsi


Körpəsindən eşidəcəyi ilk "ana” kəlməsi qadını xoşbəxt etmək üçün kifayətdir.

5. Xüsusi günləri unutmayın!


Bir qadını xoşbəxt etmək üçün xüsusi günləri unutmaq olmaz. Bu zaman kişilər xüsusilə diqətli olmalıdı. Əgər tarixləri yadda saxlamaqla bağlı probleminiz varsa, xüsusi təqvimlərdən istifadə edin - özünüz üçün yaddaş təqvimi hazırlayın.

6. Sadəcə rahatlıq!


Qadın həm də anadır, bunu unutmayaq. O ailəsini rahat və birlikdə gördüyü an xoşbəxt olur.

7. Alış- veriş etmək


Hər qadının özünü rahat hiss etdiyi yeganə yer təbii ki, "şopinq” üçün gedilən mağazalardır. Onlar üçün xoşbəxtlik bəzən yenilikdir. 

8. Bəzən bir dəstə çiçək...


Qadını xoşbəxt etməyin ən yaxşı yollarından biri də onlara bir dəstə çiçək almaqdır. Qəflətən onlara tərəf uzadılan bir dəstə çiçək onların simasında təbəssüm yarada bilər.Ad günü ən sevdiyim qızdır. Sevimli qızınıza, həyat yoldaşınıza ...

 



9. Hazırladıqları yeməkləri tərifləyirsinizmi?


Qadın bişirdiyi yemək bəyənilsə də, bəyənilməsə də mütləq "əllərinə sağlıq” sözlərini, tərif, təşəkkür gözləyir. Qadınların könlünü sevindirməkdən heç kimsə heç nə itirməz. Elə deyilmi?

 

Bir - birimizi sevindirək.

 

qadinkimi.com