QADIN / KİŞİ
Qadınlar və pandemiya Tarix : 04 Noyabr 2021, 11:20

Yeni Zelandiyadan Almaniya, Tayvan və ya Norveçədək qadın liderlər tərəfindən idarə olunan bəzi ölkələrdə Covid-19 virusuna görə ölümlərin sayı nisbətən azdır.

Bu ölkələrin siyasətçiləri qlobal səhiyyə böhranıyla bağlı tətbiq etdikləri tədbirlər və göstərdikləri münasibətlə görə mediada tərif edilir.

Forbes nəşri son məqaləsində onların "əsl liderlik nümunəsi" göstərdiyini qeyd edib.

"Qadınlar dünyaya insan ailəsini necə düzgün idarə etməyi göstərmək üçün önə çıxıblar" - Forbes yazıb.

Şərhçilər vurğulayırlar ki, qadınlar dünyada dövlət başçılarının yalnız 7 faizini təşkil etsələr də, Covid-19 imtahanını uğurla keçənlər arasında onların sayı qeyri-mütənasib dərəcədə böyükdür.

Görəsən, koronavirus pandemiyası ilə mübarizədə qadın liderlərin uğur qazanmasının səbəbi nədir?

Erkən cavab

İslandiyanın Baş naziri Katrin Jakobsdottir geniş miqyaslı kütləvi test keçirilməsindən başlayıb.

360 000 nəfər əhalisinin olmasına baxmayaraq, İslandiya yanvarın sonunda 20-dən çox adamın toplaşmasına qadağa qoyub. Bu tədbir İslandiyada virusla əlaqəli ilk ölüm halı qeydə alınmazdan əvvəl tətbiq olunmağa başlayıb. Mayın 13-ə olan vəziyyətə görə orada Covid-19 virusundan 10 nəfər ölüb.

Austurstraeti? Reykjavik, Islandiya

ŞƏKLİN MƏNBƏYİ,

Şəklin alt yazısı,

Rəsmi olaraq Çinin bir hissəsi olan Tayvanda Prezident Tsai İng-wen dərhal epidemiya əleyhinə nəzarət mərkəzi təsis edib və virus infeksiyalarının qarşısını almaq və izləmək üçün tədbirlər görüb.

Tayvan həmçinin üz maskaları kimi fərdi qorunma vasitələrinin istehsalını artırıb. İndiyədək 24 milyonluq əhali arasında cəmi yeddi ölüm qeydə alınıb.

Yeni Zelandiyada isə Baş nazir Jacinda Ardern dünya ölkələri liderləri arasında Covid-19 virusuyla bağlı ən sərt mövqelərdən birini tutub. Bir çox ölkələrin xəstəliyin yayılma sürətini azaltmaq kimi səyləri əvəzinə Ardern bütün infeksiya hallarını kəsmək niyyətindən ibarət olan bir yanaşma sərgiləyib.

Ölkədə karantin rejimi elan olunanda cəmi altı ölüm halı qeydə alınmışdı, mayın 13-də isə ölənlərin sayı 21 nəfər olub.

Əsgər və rəsmilərlə yanaşı, Tayvan Prezidenti Tsai Ing-wen (ortada) də maska taxıb

ŞƏKLİN MƏNBƏYİ

Şəklin alt yazısı,

Əsgər və rəsmilərlə yanaşı, Tayvan Prezidenti Tsai Ing-wen (ortada) də maska taxıb

Qadınlar tərəfindən idarə olunmaqla yanaşı, böhrana daha yaxşı reaksiya verən bu ölkələrin başqa ümumi cəhətləri də var:

Bu ölkələrdə sosial dəstək sistemi fəaliyyət göstərir və sosial inkişaf göstəricilərinin əksəriyyəti yüksəkdir.

Bundan əlavə, həmin ölkələr fövqəladə hallara daha yaxşı hazır olan güclü səhiyyə sistemlərinə malikdirlər.

Görəsən, məsələ liderlərin özlərindəndir, yoxsa liderlərin qadın olması ölkənin necə olduğundan xəbər verir?

"Məsələ müxtəliflikdədir"

Müşahidəçilər hesab edirlər ki, həmin qadın liderlərin siyasətdə sərgilədikləri dəst-xəttin də təsiri nəzərə alınmalıdır.

Berlin, xəstəxana, test

ŞƏKLİN MƏNB

Şəklin alt yazısı,

Angela Merkel-in pandemiya ilə mübarizə strategiyasında testlərin keçirilməsi əsas idi.

"Qadınların kişilərdən fərqli olan bir liderlik dəst-xəttinə malik olduqlarını düşünmürəm, amma qadınların rəhbər vəzifələrdə təmsil olunduğu zaman, bu, qərar qəbuletmə prosesinə müxtəliflik gətirir", - Qızlar və Qadınlar üçün 3D Proqramının icraçı direktoru və BMT Fondunun baş elmi işçisi doktor Gita Rao Gupta bildirir.

"Həm kişilərin, həm qadınların rəyi nəzərə alınanda daha yaxşı qərarlar verilir", - o, BBC-yə deyib.

Bu, ABŞ prezidenti Donald Trump-dan tutmuş braziliyalı Jair Bolsonaro-yadək kişi həmkarların bəzilərinin nümayiş etdirdiyi siyasi özündən razılıq və elmin inkar edilməsi davranışı ilə ziddiyyət təşkil edir.

Braziliyanın prezidenti Jair Bolsonaro Covid-19-u "kiçik qrip" adlandırıb və sosial məsafə qaydalarını dəfələrlə pozub

Londonun Kral Kollecindəki Qadın Liderliyi Qlobal İnstitutunun direktoru Rozie Campbell razılaşır ki, "liderlik bacarığının kişi və qadın növü olmur".

"Lakin ünsiyyət qurmaq bacarığı baxımından qadınlar üçün daha qayğıkeş və əməkdaşlığa hazır olan bir lider olmaq daha məqbuldur. Təəssüf ki, kişilər arasında narsisistlik, aşırı rəqabət kimi keyfiyyətləri olanlara daha çox rast gəlinir", - Campbell deyir.

O hesab edir ki, kişi liderləri arasında bu keyfiyyətlər "siyasətdə populistlik" gücləndiyinə görə daha qabarıq olur.

 

Siyasətdə "maço" problemi

-Populist liderlər dəstək almaq üçün "sadələşdirilmiş mesajlar" verməyə meylli olur, və bu, bir çox hallarda onların pandemiya ilə bağlı necə siyasət yürütməsinə təsir göstərir, - Campbell qeyd edir.

Misal üçün, ABŞ, Braziliya, İsrail və Macarıstanın siyasi liderləri bəzən öz addımlarının günahını xarici səbəblərin üzərinə atmağa çalışıblar - məsələn, xaricilərin ölkəyə "xəstəlik gətirdiklərinə" işarə edirlər.

"Trump və Bolsonaro aşırı maço rolunu seçiblər. Bu cür davranış onlar üçün təbii deyil, lakin onlar məhz bunu seçirlər", - professor Campbell deyir.

"Qadınların populist radikal sağçı olmaq şansı kifayət qədər azdır. [Fransadakı] Marin Le Pen kimi bəzi məşhur istisnalar mövcuddur.

"Lakin ümumilikdə bu, çox fərdiyyətçi, maço obrazından doğan siyasət növü ilə bağlıdır."

Angela Merkel

ŞƏKLİN MƏNBƏYİ,

Şəklin alt yazısı,

Almaniya kansleri Angela Merkel tez bir zamanda etiraf etdi ki, Covid-19 "çox ciddi" bir təhlükədir

Covid-19 böhranına reaksiyaların müxtəlifliyi qismən də hər bir ölkənin sosial-iqtisadi reallıqlarının və resurslarının müxtəlifliyindən irəli gəlir və gender problematikası burada heç bir rol oynamır.

Beləliklə, professor Campbell-in təsvir etdiyi stereotipə uyğun gəlməyən kişi liderlər də öz ölkələrində ölümlərin sayının nisbətən az olmasını təmin edə biliblər.

Cənubi Koreyada Moon Jae-in tərəfindən böhranla bağlı verilən qərarlar onun partiyasının aprelin 15-də keçirilmiş parlament seçkisində inamlı qələbəsini möhkəmləndirib.

Yunanıstanın Baş naziri Kyriakos Mitzotakis də böhrana müvəffəqiyyətlə nəzarət edilməsi və ölüm halları sayının nisbətən aşağı səviyyədə saxlanmasına görə təriflənir - təxminən 11 milyon əhalisi olan Yunanıstanda mayın 13-nə ölümlərin sayı 152 olub.

Müqayisə üçün, 60 milyon əhalisi olan İtaliyada həmin tarixdə 30911 nəfər ölən olub.

Yunanıstan böhran başlayandan elmi yanaşmaya üstünlük verir, sosial məsafənin gözlənilməsi kimi tədbirlər hələ ilk ölüm halı qeydə alınmamışdan əvvəl tətbiq olunub..

Bu da var ki, koronavirusun sürətlə yayılması səbəbindən qadınların da rəhbərlik etdiyi bəzi ölkələrdə virusa qarşı mübarizə ağır keçir.

Məsələn, Banqladeşin Baş naziri Şeyx Xasina dünyanın ən böyük əhali sıxlığı olan ölkələrindən birində epidemiyanın durdurulmasına nail ola bilib. Lakin test keçirmək məsələsində ölkənin məhdud potensialı ilə bağlı narahatlıqlar var və Banqladeşdəki tibb işçiləri deyirlər ki, onlar fərdi qoruyucu vasitələrin olmadığından getdikcə daha çox riskə məruz qalırlar.

Norveç və Danimarkada qadın baş nazirlərin yanaşması onları öyünməyə meylli olan bəzi kişi həmkarlarından daha çox fərqləndirir. 



 
qadinkimi.az