Xoşbəxtliyimizi harda axtaraq?
Qədim yunanlar xoşbəxtliyin 288 müxtəlif halını qeyd edirdilər. Müasir psixoloqlar isə bu ali hissi hər şeydən əvvəl zövq almaq, ünsiyyət yaratmaq və mədəni mübahisə etmək bacarığı ilə əlaqələndirirlər.
Azacıq öz üzərində çalışan və səy göstərən hər bir qadın dünyanın ən xoşbəxt insanı ola bilər.
Psixoloqların fikrincə xoşbəxtliyin bir neçə tipi var.
Zövq almaq bacarığı
Aşağıda özünüzə yaxın olan 3 bəndi seçərək aid olduğunuz simvolik "xoşbəxt adam” tipini müəyyən edə bilərsiz.
a) Nəyəsə nail olmuşamsa, uzun müddət bu uğurumla sevinə və kifayətlənə bilərəm;
b) Mən hər bir yeniliyə ehtiyatla yanaşıram. Yoxlanılmış və təcrübədən keçirilmiş hər şey həmişə daha etibarlıdır;
c) Mən öz sevdiyim işlə məşğul olanda, adətən başqa işləri unuduram;
d) Hər şeydən əvvəl işdir, bütün zövqlər və əyləncələr isə gözləyə bilər – mənim şüarım budur;
e) Hətta romantik görüşlər zamanı belə öz problemlərim barədə düşünməkdən əl çəkmirəm;
f) Sevdiyim musiqiyə qulaq asanda özümdən asılı olmayaraq oxumağa başlayıram.
Əgər a, b və ya f bəndlərindən heç olmazsa, ikisinə cavab verəcəksizsə, deməli, siz birinci tipə, əgər cavab verməyəcəksizsə, onda ikinci tipə aid ediləcəksiz.
I TİP
"Bax, necə xoşbəxtdir!”, adətən, sizin haqqınızda belə deyirlər. Xoşbəxtlik öz-özünə qapınızı döyür, başlıca vəzifəniz isə taleyin bəxş etdiklərini qəbul etməkdi. Sizin həyatınızda ciddi problemlər olmayıb və siz əzab çəkməyi bacarmırsız. Lakin ehtiyatlı olmaq lazımdı. Axı bu qayğısız həyata nə vaxtsa son qoyula bilər və siz o zaman soyuq, ağır günlərə hazır olmadığınızı görərsiz.
Sizin strategiyanız
Siz öz şəxsi həyatınızı kifayət qədər yaxşı qurmusuz. Bunun üçün sizə "afərin” deyirlər. Qarşınıza çıxan maneələri görməməyə çalışır, onlardan yan keçirsiz. Bununla belə mübarizəsiz həyatın nə qədər sönük olduğunu hiss etməmiş deyilsiz. Təsadüflərə arxayın olmayın. Gözləmədiyiniz əks hadisələr də baş verə bilər. Həyatda yalnız asan yollar axtarmayın. Artıq öz problemlərinizin həlli ilə məşğul olmaq vaxtıdır.
Siz öz xoşbəxtliyinizi əldə etmək uğrunda mübarizəyə başladıqda yeni stimullar və maraqlar tapacaqsız. Siz həyatda özünüzü kifayət qədər müsbət şəxsiyyət hesab edirsiz. Hər növbəti uğurunuzdan sonra başınızı uca tutaraq gəzirsiz. Bu zaman öz xoşbəxt təbəssümünüzü ətrafdakılardan gizlətməyə çalışırsız. Xoşbəxtliyinizi başqaları ilə bölüşsəniz, yaxşı olmazmı? Xoşbəxtliyiniz daha çox bütövləşə bilər. Sevgilinizlə münasibətləri də taleyin ixtiyarına verirsiz – nə olacaqsa, olacaq! Həyatınızda bir qayda olaraq, həmişə kişilər ilk addımı atır. Və siz bununla belə, hələlik heç bir əzabla rastlaşmamısız. Bu yerdə "bəxtiniz gətirib” - deyirlər. Bəs bu həqiqi hissdirmi? Siz onun üçün mübarizə aparmısız və ya əzab çəkmisizmi? Axı sevgidə xoşbəxtlik yolları enişli-yoxuşlu olur. Bunsuz hər şey bir xəyal və ya bir yuxu ola bilər. Siz isə birinci uğursuzluqda təslim olursuz.
II TİP
Məqsədi olan qadın – bunu sizin haqqınızda deyirlər. Siz ciddisiniz və bütün səyinizi müəyyən bir istiqamətə yönəltmisiz. Nadir hallarda gülümsəyirsiz. Özünüzə ərköyünlük etməyə imkan vermirsiniz. Belə etmək doğrudurmu? Axı, siz dəmir deyilsiniz. Həyata münasibətinizi dəyişsəniz, daha rahat olarsınız.
Sizin strategiyanız
Bir ətrafa nəzər salın: əsrarəngiz təbiət, parlaq rənglər, zəriflik və s. Bunlar sizi əhatəsinə almayıbmı? Nə üçün bütün bunlara diqqət yetirmirsiz? Ən sadədən başlamaq olar: Həyatın bəxş etdiyi gözəlliklərdən zövq almağın nəyi pisdi? Gördüyünüz, eşitdiyiniz və hiss etdiyiniz hər şeyə diqqətinizi yönəldin. Hər gün öz potensialınızdan tam istifadə etməyə çalışın. Hamımız yalnız bircə ömür yaşayırıq. Bir düşünək: Nə xoşumuza gəlir? Teatr, kino, səmimi kampaniya, gəzinti, yoxsa səyahət? Bunların hansından zövq alırsız?
Xoşbəxtlik bizdən o qədər də uzaqda deyil. İnanın, sizin heç bir qüsurunuz və ya pis cəhətiniz yoxdur. Heç bir vaxt həyatda böyük səhvlərə də yol verməmisiz. Siz öz həmkarlarınız üçün qibtə ediləsi insansız. Hər gün yorulmaq bilmədən hardasa on saat gərgin əmək fəaliyyəti ilə məşğul olursunuz. Bu sizə çətin gəlmir. Amma işdən başqa maraqlara da vaxt tapa bilərsiz. "Son dərəcə mühüm bir işi başqasına necə həvalə etmək olar?" düşünüb birdən özünüzə "olar”! deyə bilərsiz. Problemlər içində itib batdığınız vaxtlarda bu sözü tez-tez təkrarlayın: İnsanlara etibar et. Bununla kiməsə ümid vermiş də olarsınız. Axı ətrafınızda mütləq sizin kimi peşəkar olanlar var. Hər hansı bir işinizi onlara həvalə etməkdən qorxayın. Yığılıb qalmış problemləri öz öhdənizə tək götürməyin. Bununla da həm boş vaxtınız, həm də şəxsi həyatınız olacaq.
qadinkimi.com