"İcbari tibbi sığortanın xidmətlər zərfinə hamilə qadınlar üçün bir neçə müayinə və müalicə üsulları daxildir. Bunlar həm ambulator, həm də stasionar şəkildə həyata keçirilir".
Bu sözləri Real TV-yə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Aynurə İsmayılova bildirib:
"Ambulator olaraq ultrasəs müayinəsi, antinotal qulluğun aparılması, eyni zamanda ginekoloji problemləri olan qadınların müayinələridir. Stasionarda isə müəyyən əməliyyatların həyata keçirilməsini göstərə bilərik".
Mənbə: saglamolun.az
Qadinkimi.com