QADIN / KİŞİ
Qadınlar haqda bunları bilmirsiz Tarix : 12 Sentyabr 2024, 12:43

Bir kişinin yumruğundan sərtdir bəzən bir qadının son sözü.

Çünki, birincisi dişlərini qırar, ikincisi bütün xəyallarını.

Uilyam Bаtler

Qadının qurduğu tələlər kişinin tələlərindən daha uzun müddətə hesablanmış olur.

Əbu Turxan

Qızıl odla, qadın qızılla, kişi də qadınla əriyər.

Pifaqor

Ətir – görünməz olsa da, unudulmaz və bənzərsiz aksesuardır. Qadının gəlişindən xəbər verir və gedəndən sonra onu xatırladır.

Koko Şanel

 

blog posts - qadın-olmaq | Düşüncə Jurnalı

 

Qadının pisi qədər pis, yaxşısı qədər də yaxşı varlıq yoxdur.

Evripid

Qadınlar bizi xoşbəxt etməyin bir, bədbəxt etməyin isə min bir üsulunu bilirlər.

Henrix Heyne

 

Əsl sevginin nə olduğunu yalnız analar bilər.

Onore de Balzak


 

Ağlatdığın bir qadının göz yaşlarını ya o anda silərsən, ya da o göz yaşlarında boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan.

Anton Çexov

 

 

Ən uca və ən dərin sevgi, ana sevgisidir.

Lüdviq Feyerbax

 

Ən dərində yerləşən xəzinələr belə, bir qadının sevgisinə tutulmuş bir kişinin hiss etdiyi duyğu qədər dəyərli deyil.

Tomas Midlton

 
 
 
 
 

 
qadinkimi.com