QADIN / KİŞİ
Qadına sual verdilər Tarix : 31 May 2021, 13:23

-Xoşbəxtsənmi?

Həyat yoldaşın səni xoşbəxt edirmi?

Yanında oturan əri qamətini düzəldib, "hə” cavabına əminliklə qadınına baxdı. Çünki evli olduqları müddətdə xanımı heç vaxt narazılıq etməmiş, heç nədən şikayətçi olmamışdı.

Çox aydın səslə xanımının "Yox, yox, mənim ərim heç vaxt məni xoşbəxt etməyib. Edə bilməz” cavabına heyrət etdi. Şaşqınca həyat yoldaşına baxdı.

-Mən xoşbəxtəm, ona görə yox ki, o mənim yanımdadı və xoşbəxtliyim ondan asılıdır. Mən özüm özümü xoşbəxt edirəm.

Məni xoşbəxt edəcək yeganə insan Özüməm. Mən xoşbəxt olmaq istəyirəm çünki.
Mənim xoşbəxtliyim başqalarından, asılı deyil, özümdən asılıdır. Ətrafımda olanlardan, əşyalardan, müxtəlif hadisələrdən asılı olsaydı, ciddi problemlər yaşayardım.

Görün nə qədər hadisələr baş verir, hər şey dəyişir, fəsillər, insanlar da eyni qalmır. Özüm də dəyişirəm, düşüncəm, hətta bədənim də dəyişir.

 

Bu sadalananları uzatmaq da olar.


Mən bütün bu olaylardan, səbəblərdən asılı olmadan xoşbəxt olmalıyam: evdə, işdə, təklikdə, dostlarla, kasıb, varlı olanda, fərqi yoxdur.

Mən xoşbəxtəm. Ailə qurmadan öncə də xoşbəxt idim. Bu xoşbəxtlik mənimdi.

Bəzən adamlar bədbəxt olmaq üçün səbəblər, ya bəhanələr axtarıb tapır: istidi, soyuqdu, özümü yaxşı hiss etmirəm, xəstəyəm, pulum yoxdu, dostum xətrimə dəydi, uşaqlarım sözümə baxmadı, işim ürəyimcə deyil və s. kimi.

Mənsə öz həyatımı sevirəm, ona görə yox ki, daha asan yaşayıram, problemlərim yoxdu. Sadəcə mən xoşbəxt olmağa qərar vermişəm.Və mən bunun nə həyat yoldaşımdan, nə də bir başqasından asılı olmasını istəmirəm. Bu daha doğrudur.

Xoşbəxtliyinizi kimdənsə asılı etməyin. Bu belə deyil. Məsuliyyəti başqasına yıxmayın.

 

Xoşbəxtliyinizin sahibi özünüz olun!

 

 

 
 
 
qadinkimi.az