XX əsr – sosial transformasiya və siyasi sarsıntıların elmi-texniki yüksəliş və inkişaf dövrü olmaqla yanaşı "qadın inqilabı" adlanan yeni formul tarixi meydanı dövrüdür. Dünya tarixindən məlumdur ki, bir sira iri siyasi sosial-iqtisadi böhranlar dövründə qadınlar ictimai hərəkatların yaranmasının ilkin təşəbbüskarı və bəzən də liderləri rolunda iştirak ediblər. Bu zaman onlar nəinki "güclü cinsi" təkrar etməyib, hətta kişilərə,onların əxlaqına,dünyagörüşünə və s. təsir edirdilər. Dövrün nəbzini tutaraq,həm də siyasətin subyekti kimi, qadınlar özlərinin sərt olmayan strukturlu özünütəşkil formalarını (formal və qeyri-formal) yaradırlar. Bu təşkilatlarda ümumi maraq dairəsi olan qadınlar ya kiçik müddətə və ya uzun müddətə birləşirlər. Bu səbəbdən, hətta ədəbiyyatda eyniləşdirilən "qadın problemi", "qadın məsələsi", "qadın hərəkatı" kateqoriyalarının bir-birindən fərqlənməsi zərurəti meydana çıxır.
"Qadın problemi" — qadınların cəmiyyətdəki vəziyyəti, onların asılılıqdan azad olmaları proqramının qanunla əsaslandırılması və ictimai həyatın bütün sahələrində kişilərlə eyni hüquqa nail olmaları yollarının dərk edilməsini nəzərdə tutur.
"Qadın məsələsi" — bu ümumilikdə qadının cəmiyyətdəki yeri, rolu, mövqeyi və hüquqlarıdır.
"Qadın hərəkatı" — bu anlayışın mənası qadınların öz hüquqlarını müdafiəsi və maraqları uğrunda mübarizə formalarının müxtəlifliyini bildirir. Sosioloqlar əsasən qadın hərəkatını sosial hərəkatın bir forması kimi öyrənirlər.Qadın hərəkatı özlüyündə bir məqsəd ətrafında birləşmiş, ümumi mənəvi dəyərlərə, normalar sisteminə və qadın mənafeləri rəmzinə malik olan müxtəlif sosial, demoqrafik, etnik və milli qadın qruplarının birgə fəaliyyət istiqamətidir.
qadinkimi.az