"Qız qaçırtma"nın qurbanı olan neçə-neçə gənc qız olub ölkədə. Qaçırılandan sonra geri qayıtmaq ayıb sayılıb deyə məcbur qalıb qatlaşıb istəmədikləri adamla yaşayıblar. Qadın oğurluğuna "adət" demişik əsrlər boyu.
Qadınla əşya kimi davranılıb və bu varlığın etiraz etməyə haqqı olmayıb. Kimsə onu geri tələb etməyib, hüququnu qorumayıb. Geri gəlsə, heç bir suçu olmadan adı ləkələnib. Suçlu isə cəzasız, hətta qınaqsız qalıb.
Qadinkimi.com