5. Qabyuyan maşın - Josephine Cochrane

Tez-tez şənliklər təşkil edən Cochrane, qab-qacağını qulluqçularından daha sürətli və daha az sındıraraq yuya bilən bir maşın istəyirdi.

Onun mis qazan içindəki təkəri fırladan mühərrikli maşını, su təzyiqindən istifadə edən ilk avtomatik qabyuyan olub.

Cochrane-nin əyyaş əri ölümündən sonra ona böyük məbləğli borclar qoymuşdu və bu, onu 1886-cı ildə kəşfini patentləşdirməyə sövq etmiş və o, öz zavodunu açmışdı.

Illustration of Marie Van Brittan Brown and CCTV cameras

ŞƏKLİN MƏNBƏYİ,HANNAH EACHUS

6. Ev təhlükəsizlik sistemi - Marie Van Brittan Brown

Evdə çox vaxt tək olan tibb bacısı Marie Van Brittan Brown-un özünü təhlükəsiz hiss etməsi üçün ağlına belə bir ideya gəlir.

Əri Albert ilə birgə Van Brittan Brown, 1960-ci illərdə artan cinayət səviyyəsi və polisin zəif cavabını önləmək məqsədilə ev təhlükəsizlik sistemi yaradırlar.

Bu mürəkkəb qurğu, qapı boyunca yuxarı və aşağı hərəkət edən mühərrik vasitəsilə hərəkətə gələn kameradan ibarət idi.

Onun yataq otağındakı monitor isə həyəcan düyməsi ilə təchiz olunmuşdu.

7. Kevlar - Stephanie Kwolek

Bu kimyaçı güllə keçirməyən jilet və bədən zirehi üçün istifadə olunan yüngül fibranı ixtira edib.

Onun 1965-ci ildəki kəşfindən sonra, dəmirdən beş dəfə güclü olan material, milyonlarla həyatı xilas edib və hər gün milyonlarla insan tərəfindən işlədilir.

Materialdan rezin əlcəklər, mobil telefonlar, təyyarələr və asma körpülərdə istifadə olunur.

8. Monopoliya oyunu - Elizabeth Magie

Bu ən məşhur stolüstü oyunun yaradıcısı Charles Darrow kimi bilinsə də, qaydaları Elizabeth Magie tərəfindən tərtib olunub.

Magie, oyunçuların saxta pul və mülklə ticarət apararaq varlana biləcəyi yeni bir oyun yaratmaq istəyirdi.

Onun 1904-cü ildə patentini əldə etdiyi dizaynı The Landlords Game (Ev Sahibi Oyunu) adlanırdı.

Bizim tanıdığımız Monopoliya oyunu 1935-ci ildə Parker Qardaşları tərəfindən çap olunub.

Onlar oyunun tək yaradıcısının Darrow olmadığını aşkarlayırlar.

Darrow Magie-nin patentini 500 dollara alaraq oyunu monopoliya etməyi bacarmışdı.