HÜQUQLARIMIZ, QADIN / KİŞİ
Qadın hüquqları Tarix : 24 İyun 2020, 12:11

Qadın hüquqları — Bütün dünyada qadınların və qız uşaqlarının sahib olduğu sosial, iqtisadi, siyasi və qanuni hüquqların məcmusu belə adlanır.

 

Qadın hüquqları XIX əsrdə Avropadakı qadın hərəkatının və XX əsrdə başlayan feminizm hərəkatının təməli hesab olunur. Bəzi ölkələrdə bu hüquqlar hələ də qorunmur.


Ümumən qadın hüquqlarının qorunması e.ə-ə təsadüf edir.


E.ə 3500 – cü illərdə Mesopotamiyada yaşayan şumerlilər ən gözəl mədəniyyət sahibi olmuşlar. Şumerlər yazıya malik ən qədim xalqlardan hesab olunur. Onlarda qız və oğlan uşaqları eyni hüquqlu sayılırdı. Qızlar da oğlanlarla eyni miras payı ala bilirdi. Müxtəlif işlərdə çalışmaq, eləcə də ticarətlə məşğul olmaq, əmlak sahibi olmaq hüquqları vardı. Evlilik məsələsində, daha doğrusu, boşanmada kişilərin hüququ fərqli idi. İstənilən səbəblə kişilər qadınından ayrılmaq hüququna sahib idilər.


 


Qədim Misirdə də qadınlar kişilərlə eyni hüquqlara malik olub. Qadınlar alqı – satqı işləri apara, əmlaka sahib ola bilər, öz əmlaklarını idarə edə bilərdilər. Onlar ticarət işlərində tərəf - müqabil kimi sərbəst idilər. Hətta məhkəmə proseslərində də şahidlik haqları vardı.

 

Arxaikaya qədər (e. ə. 7-5 – ci əsrin əvvəlləri) qədim Yunanıstanda qadınlar kişilərlə eyni hüquqlara malik olub. Arxaikadan sonra isə bu bərabərlik pozulmağa başlayıb. Bu zaman artıq cinsi ayrı-seçkilik yaranıb. Yeni qanunlarda qadınların hüquqları məhdudlaşdırılıb. Məsələn, qədim Afinada qadınlar vətəndaş belə sayılmayıb. Afina qadınlarının əsas vəzifəsi dünyaya uşaq gətirmək olub.


Qədim yunan filosofları isə fərqli düşünüb. Platon hesab edirdi ki, qadınlara mədəni və siyasi hüquqların verilməsi cəmiyyətin və dövlətin inkişafına əsaslı təsir göstərəcək. Onun tələbəsi Aristotel isə qadınların köləliyini qəbul etmir, onların azad olmasını istəyirdi.

 

Xoşbəxt qadın xoşbəxt cəmiyyətin təminatçısıdır.

 

Hazırladı: Kamalə Abiyeva

qadinkimi.com