FEMİNİZM
Qadın doğulmurlar, qadın olurlar Tarix : 14 Sentyabr 2020, 02:24

Rusiyalı feminist rəssam Darya Serenko feminizmdən danışaraq, 21 – ci əsrdə üzləşdiyi və həll etməli olduğu problemlərə toxunub. Bu fikirləri oxucularımızla bölüşürük.

İnkardan biliyə

Fransız yazıçısı və feminist ideoloqu Simona de Bovuar "İkinci cins” kitabında yazırdı: "Qadın doğulmurlar, qadın olurlar” Bunu feminizmə də aid etmək olar: feminist doğulmursan, feminist olursan.

Mənim təhlükəsizliyim, rifahım, azadlığım daim risk altında olmasa, bəlkə də feminist olmazdım. Müxtəlif səbəblər saya bilərəm: "bir dəfə məni zorladılar”, "bir dəfə alçaltdılar”, "bir dəfə qadın olduğumdan işə götürmədilər” və s. bir dəfələr. "Özün günahkarsan”, "bu həyatdır”, "nə etmək olar” və s. münasibətlərlə razılaşmadım heç. İnkar etdim bütün bunları özlüyümdə. Sonra qadınların həyatı ilə bağlı faktları, statistikaları araşdırdım, öyrəndim. Müxtəlif yaş qruplarından, sosial təbəqələrdən olanlar arasında sorğu apardım. Sonunda feminist oldum. Təbiiki bütün olayları əhatə edə bilmərəm. Bütün suallara da cavab tapmaq olmur.

Amma öyrəndim ki, feminizm qadınların həyatında olan və bu günə kimi həllini tapmayan problemlərin yaratdığı zərurətdən yaranıb.

Bəs müasir dünyada, o cümlədən rusiyadakı feminizm əsasən nəyə diqqət çəkir?

İlk növbədə evdə, ailədə zorakılığa. Qadınların ailədə zorakılığa, döyülməyə, təhqirə, bütün məişət – ailə yükünün ağırlığına məruz qalması bu gün də gündəmdədir. Hətta bunu tənzimləyən qanun da yoxdur. Ailə yükü altında əzilən qadınlar çoxdur.

Seksual zorakılıq da həllini tapmayan problemdir. Ümumiyətlə seks mədəniyyəti yoxdur aiədə. Qadın istənilən vaxt kişinin tələblərini yerinə yetirməlidir. Bu özü də zorakılıqdır. Müxtəlif zorlanma faktları da bu gün çoxdur.

İş yerlərində müdirləri və ya hansısa bir kişinin təzyiqlərinə məruz qalanlar da az deyil. Hətta çox vaxt qadını günahkar bilənlər, "özü imkan verir” deyənlər də tapılır.

Dünyada çox ciddi problemlər də var. Qadın sünətləri, müxtəlif ölkələrdə qadınların hüquqlarının olmaması, məcburi evlənmələr, təhsil hüququnun pozulması və s. Bu problemlərlə feministlər mübarizə aparır. Qadın hüquqlarını qoruyan müxtəlif təşkilatlar fəaliyyət göstərir.

Qadınların ictimai – siyasi xadim kimi fəaliyyətləri də qənaətbəxş deyil. İstənilən sahədə öndə kişilərdir. Vəzifələrə daha çox kişilər sahiblənib. Biznes sahəsi də belədir. Qadın bütün bunlar üçün daha çox çaba göstərir, daha çox zəhmət, enerji sərf edir. Müəyyən sahələrdə qızları "ailə qursa, analıq məzuniyyətinə getməli olacaq” deyə işə götürmürlər. "Siyasət qadın işi deyil” deyə qadınlara bu sahədə də mane olurlar. Hətta eyni işə görə qadınların və kişilərin aldıqları maaş belə fərqlidir. Məsələn, Rusiyada bu fərq 30 % -dən çoxdur. Tək övlad böyüdən anaların da vəziyyəti yaxşı deyil.Bu məsələ də həllini tapmayıb. Alimentdən yayınan atalar az deyil. Tək ana necə analıq məzuniyyətinə çıxa bilər? Bütün bunlar problemdir.

Sonillərdə aparılan araşdırmalar müəyyən edib ki, qadınlar ömrünün 23-25 ilini ev işlərinə sərf edir.



Feminizm qadınların hüququnu qoruyur. Bu qadını təkliyə sürükləyən, ana olmağına mane olan bir ideya deyil. Sən ana da ola bilərsən, evdar qadın da, tək də yaşaya bilərsən. Feminizm kişi və qadın yəni insanlar arasında bərabərliyi qorumağa xidmət edir.

Feminizm azadlıq, bərabərlik mübarizəsidir.

 
 
 
 
qadinkimi.com