HÜQUQLARIMIZ, QADIN / KİŞİ
Qadınlara bərabər hüquqların verilməsini istəyən ziyalımız Tarix : 30 Yanvar 2021, 16:26
 Azərbaycanda maarifçiliyin, ədəbiyyatın, dövlətçilik düşüncəsinin formalaşmasında böyük rol oynayan şəxsiyyətlərdən biri Əhməd Ağaoğlu - Əhməd bəy Ağayevdir. Əhməd Ağaoğlu ictimai xadim, jurnalist, pedaqoq və yazıçı kimi tarixə düşüb. Yüksək təhsilli, kübar, xalqın maariflənməsi, inkişafı üçün böyük işlərə imza atan Ə.Ağaoğlunun həyatı, fəaliyyəti hər zaman maraq doğurur.

Tədqiqatçıların yazdığına görə, Əhməd Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçıfermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən Zeynalabdin bəy Rəfibəyovun bacısıdır. Oğlunun təhsil almasında Tazı xanımın böyük rolu olub.

Əhməd Ağaoğlunun fəaliyyətini tədqiq edən alimlər qeyd edir ki, o, əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsil inkişafından keçdiyini bildirirdi. Onun Fransada təhsil alıb qayıtdıqdan sonra 1896 – cı ildə Şuşada ilk kitabxana açması təsadüfi deyil.


Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardanidi. 1901-ci ildə çapdan çıxan "İslam dünyasında qadın" adlı kitabında "azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd bəy Ağaoğlunun bu arzu və ideyaları 17 il sonra reallığa çevrilir. Bildiyimiz kimi, 1918-ci ildə qurulmuş Şərqdə ilk demokratik cumhuriyyət - Azərbaycan Demokratik Cumhuriyyətində o dövr nəinki Şərqin, hətta Qərbin qabaqcıl dövlətlərinə, ABŞ, Böyük Britaniya kimi dövlətlərə nümunə olacaq bir hadisə baş verir - Azərbaycan qadınları seçkilərdə səsvermə hüququ qazanır. Bununla da Əhməd bəyin ideyaları gerçəkləşir.


 

Əhməd bəy "İslama görə və islamiyyətdə qadın” əsərində qeyd edirdi:

"Yalnız azad, müstəqil düşüncəyə malik ana və övrət olduğu halda, müsəlman qadını, öz sosial funksiyalarını məqsədyönlü tərzdə həyata keçirə bilər; yalnız bu şərtlə o, öz övladlarında xarakter və iradə tərbiyə edib, ictimai həyat üçün vacib olan hiss və düşüncələri tətbiq etməyə qadirdir.”

 

 

Əhməd bəy Ağaoğlunun qızları Atatürk haqqında - NADİR VİDEO - Modern.Az Azərbaycan və dünya xəbərləri

 

 
Əhməd bəyin qızları
 
qadinkimi.com