BURA / ORA
Psixosomatika. Haranız ağrıdığını deyin, həyatınızdakı problemin səbəbini tapaq Tarix : 01 Avqust 2019, 14:24
Yazar : Qadinkimi.com

 

Haranız ağrıdığını deyin, həyatınızdakı problemin səbəbini tapaq. Tibblə psixologiyanı birləşdirən elmə - psixosomatika deyilir. Ağrıyan yerinizlə xəstəliyinizin psixoloji səbəbini bilmək olar. 

Baş – Özünü qiymətləndirmə probleminiz var. Çox düşünürsüz, fikirlərlə yüklənirsiz. Adətən intellektual adamların başı çox ağrıyır. Beyində olan fikir və informasiyalar baş ağrısına yol açır. 


Boyun 
Boyun ağılla hissləri – başla bədəni birləşdirir. Sizdə nə birinci, nə də ikinci qaydasındadı. Metafizik (mücərrəd) səviyyədə bunu mənəviyyat və maddiyat arasında bir körpü də adlandırmaq olar. Boyun xəstəlikləri elastikliyin olmamasından xəbər verir: insan həqiqətləri eşitmək üçün arxaya dönməyə qorxur, vəziyyəti aydınlaşdırmaq yerinə görməzdən gəlir. Boynunuz ağrıdığı zaman başınızı təsdiqləyici və ya inkaredici şəkildə yelləyə bilərsiz. "Hə” və ya "yox” şəklində. Ağrınız azalacaq. Təsdiqdən, ya inkardan əziyyət çəkdiyinizi biləcəksiz. 


Saçlar 
Saçlarda olan problemlər – çarəsizliyin, ümidsizliyin və stressin göstəricisidi. Qadınlarda - həyat enerjisinin simvoludu. Gərginlik və qorxu içində yaşayan insanlarda yaranır. Sizə lazım olan: özünüz olun, özünüzə inanın, kainatdan kömək istəyin. Saçda xəstəliklərin kökündə böyük eqo və qürur da dayanır. 


Gözlər 

Yaxından görən – uzağı görməmə xəstəliyi gələcəkdən qorxma və burnundan uzağı görmək istəməmək 

Uzaqdan görən – uzağı yaxşı görən insan bu günlə yaşamağı bacarmayan biridir. Bu problemdən əziyyət çəkən insanlar həll edilməsi lazım olan şeylərin üstündə çox düşünür, hadisələri bütünlüyü ilə görə bilmir. 

Daltonizm (gözün bəzi rəngləri seçə bilməməsi) – göz rəngi qəbul edə bilmir, hər şeyi boz görür. Bu onu bildirir ki, insan həyatın xoşbəxtliyini dərk edə bilmir. Bu zaman şüurdan silinən həmin rəngin mənasına baxmaq çox vacibdi. 

Qlaukoma (göz qarasına düşən ağ ləkə) – keçmişinə görə bu günündə əziyyət çəkən, keçmişini qəbul etməyən və bağışlamayan insanlardı. 

 


Dişlər 
Dişi ağrıyan insanların əksəriyyəti qərar verməkdə çətinlik çəkənlərdi. Hamı sizin yerinizə qərar qəbul edir, siz isə qorxursuz. Həyatda baş verən hadisələri təhlil edə bilmirsiz. Çeynəmə dişləri ilə bağlı problemi olanlar, ətrafda baş verənləri qavraya bilmir. Üst yan dişlər qərarların qəbul edilməsini, alt dişlər isə alınan qərarların məsuliyyətini, soldakı - şəxsi, sağdakı - sosial problemləri əks etdirir. Belə bir fikir var - bədənin solu – ana, sağı - ata ilə ünsiyyətdəki problemi göstərir. 


Ağız 
Ağız boşluğundakı xəstəliklər isə ürək dağlayan incikliklərlə bağlıdır. 
Dil dişləmək – boşboğazlığına görə özünü cəzalandırmaqdı. 
Yanaq – narahatlıq, sirr saxlamağın yükə çevrilməsi, ağız isə yeni fikirlərin qəbulu ilə bağlıdır. 


Dodaq 

Dodaqlar – bizim təbiətimizin həssaslığını əks etdirir. Daxili problemlərdən asılı olaraq, aşağıdakı xəstəliklər onlara təsir edə bilər: 

Çatlar – İnsan əks istiqamətli duyğulardan qopur. 

Dodaqları yemə – Ortaya çıxan hisslərdən dolayı özünü cəzalandırmaq 

Herpes – Eyni dodaq yemə kimidi, tək fərqi bunda daha ciddi haldı 


Kürək 
Həyatdakı arxa-dayağı simvolizə edir. Əgər kürəklə bağlı probleminiz varsa bu mənəvi dayağınızın olmamasından xəbər verir. İnsan sevilmədiyini düşünür və ya öz sevgisini gizlətmək məcburiyyətində olur. Əgər insan öz hərəkətliliyini itirirsə deməli o, öz fəaliyyəti üzündən başqalarına sevgisini göstərə bilmir. Sol tərəf – yaxınlarına, Sağ tərəf isə – dünyaya. 


Bel 

Bel ağrısı – münaqişələrdi, günahkarlıq duyğusudu. Diqqət keçmişdə baş verənlərə yönəlir. Belin aşağı hissəsi isə maddi nemətlərlə - pul, ev, iş, uşaqlar, tərəfdaş, diplom və s. ilə əlaqəlidir. Bu hissədəki ağrılar özünə inam üçün nələrəsə sahib olmaq istəyindən xəbər verir. Bunu nə özünə, nə də başqalarına etiraf edə bilir. Nəticədə hər şeyi özü etməyə, bütün yükü öz belinə yükləməyə başlayır. 


Oynaqlar 

Bursit – Susdurulmuş qəzəb mövzusu. İnsanlar hər işdə, hətta ən xırda şeylərdə belə mükəmməlliyə can atır. Duyğuların açığa çıxmasına imkan vermədikcə həmin qəzəb oynaqlara yığılır. 

Artrit – Sevilməmə düşüncəsi. Artritdən əziyyət çəkənlər adətən düzgün insanlar olur. Onlar üçün "lazımdı" sözü həmişə üstünlük təşkil edir. Sözün əsl mənasında dizləri qırılsa da, hər şeyi öz güclərinə edirlər. 

Çıxıqlar – Əl və ayaq hissələrindəki çıxıqlar insanın özünün manipulyasiya edilməsinə imkan yaratmasını göstərir. 

Dizdə problemlər – İnadkarlıq, qürur, qorxu hissinin yatırılması və güzəştə getmək istəməmək. 


Artıq çəki 
Bir insanın artıq çəkisi varsa, həmin adam öz daxili dünyasını yenidən nəzərdən keçirməlidir. Çox vaxt bədən xarici təsirlərdən qorunmaq üçün lazımsız olanı özündə saxlayır. İnsan bütün ictimaiyyətə və həyata qarşı çox köməksizdi. Bəzən arzularını içində boğmaq anlamına gəlir. Uşaqlıqda və ya erkən yaşlarda kilolu olan insanlar alçaldıcı söz, istehza və təhqirlərdən məyus olanlardı. 


Baldırlar 
Baldırdakı problemlər həyati prinsiplərlə bağlı münaqişələrdən xəbər verir. Ola bilsin hansısa idealın çöküşü baş versin və ya ola bilsin elə bir şey istəyəsiz ki, bu mənəvi prinsiplərinizə zidd olsun. Baldırdakı ağrı irəliləməyə və ya qaçmağa mane olur. Bizim gələcəyə olan münasibətimizlə, həyatda irəliləyə bilmə qabiliyyətimizlə bağlıdı. 


Mədə 
Həkimlər qastritin adətən sinir, stres və həddindən artıq gərginlikdən yarandığını təsdiqləyirlər. Mədədəki problemlər ondan xəbər verir ki, siz asılı vəziyyətdəsiz, həyatınızda qeyri - müəyyənlik var. Ara-sıra ümidsizlik, nəyəsə məhkum olma duyğusu var. Mədə yarası qorxu, müdafiəsizlik və alçaldılma duyğusundan xəbər verir. Heç bir şəkildə xaricə buraxılmayan qıcıqlanma səbəbindən də yaranır. Bu insanlar danışsaydılar mədə yarasına tutulmazdılar.
 

 
 
Qadinkimi.com