PSİXOLOQLARIN MƏSLƏHƏTİ: DAHA ÇOX KİMİN ÜÇÜN DƏYƏRLİ OLDUĞUNU ANLAMAQ İSTƏYİRSƏNSƏ, 3 GÜN "YOX OL”.
Bəli, bu psixoloqların məsləhətidir – yaxınların, dostların, doğmaların üçün nə qədər qiymətli olduğunu bilmək istəyirsənsə, 3 günlüyünə onlardan uzaqlaş.
Adını çəkməyəcəyimiz bir xanım bunu sınaqdan keçirdi. Bu sınaq əslində hamımızın bildiyi həqiqəti bir daha təsdiq etdi və o, bu hadisədən sonra çox dəyişdi. 3 gün FB – da profilini bağladı, telefonu söndürdü. Amma 3 gün kimin zəng edəcəyi, daha çox kimin onu axtaracağı barədə düşündü. Axı, o çox şən, mehriban idi, hamıyla əlaqə saxlamağı sevirdi.
Nəhayət, telefonu açdı. 3 günə 17 cavabsız zəng, 17 xəbər,..
Hər gün, hər axşam ünsiyyətdə olduğu, söhbətləşdiyi, vaxt keçirdiyi, axtardığı adamlar hanı? Heç biri yox idi.
Bütün cavabsız zənglər, mesajlar yalnız bir nəfərdən idi. Telefonda bir ad vardı: ANA.
Ana – ən az söhbətləşdiyi, ən az vaxt keçirdiyi, hər gün axtarmadığı...
Çevirdi: Kamalə Abiyeva
qadinkimi.com