Psixoloqların qənaətinə görə Xanımını dəyərləndirən, sevən kişi:
1) Onun əhvalının yüksək olmasına çalışır. Üzündəki qəmli ifadəyə dözmür. Onu sevindirmək üçün əlindən gələni edir.
2) Günlərinin maraqlı keçməsini də unutmur: Onu gəzintiyə, yeməyə aparır, işdə olduqda tez-tez zəng edir, xoş sözlər deyir və s.
3)Xanımının heç vaxt özünü tək, ya köməksiz hiss etməsinə yol vermir. İstənilən çətinlikdə bütün işlərini təxirə salaraq onun yanında olur.
4)Qadınının yanında həmişə yaraşıqlı görünmək istəyir. Geyiminə, xarici görünüşünə diqqət edir. Onun üçün qadınının xoşuna gəlmək önəmli olur. Və xanımının zövqünü nəzərə alır.
5)Onun sevdiyi, maraqlandığı nə varsa öyrənməyə çalışır. Bu hər an qadınına gözlənilməz xoşagələn surprizlər etmələ ona olan qayğısını göstərmək imkanı verir.
6) O həmişə güzəştə getməyə hazırdır. Adətən kişilər üçün güzəşt etmək çətin olur. Bir çoxları bunu qürur məsələsi hesab edir. Amma ən doğrusu, istənilən məsələni birlikdə müzakirə etmək, güzəştə getməkdir. Sevirsənsə, sevdiyinə güzəştə getməyi bacarmalısan.
Mübahisə etmək yerinə, onunla məsləhətləşmək, bölüşmək daha gözəldir.
Gözəl olanı edək.
"Mənim qərarımdı və ya fikrimdi”- deyə qəbul etməlisən yanaşması ilə birgəlik olmur.
Birliyimizi sevək.
Və adətən, kişilər qadının haqlı olduğunu bilsələr də, onun həqiqətini qəbul etsələr də bunu etiraf etmirlər. Sevən kişi bunu bacarmalı, dəyərləndirməlidir.Həmişə qadından güzəşt, səbr, qayğı – sevgi gözləməməlidir. Əksinə birinci olmalıdır.
Birinci olaq!