YAZI / DÜŞÜNCƏ, BURA / ORA
Psixoloq tövsiyəsi: "Yeni ilə iki həftə əvvəl hazırlaşın ki..." Tarix : 17 Dekabr 2022, 10:55

"Yeni ilə hazırlaşmağa iki həftədən gec olmayaraq başlamaq lazımdır, əks halda bayramı hiss etməkdən yorulmaq şansı var". 


Bu barədə rusiyalı psixoloq Qalina Rusnak Rusiya mətbuatına müsahibəsində danışıb.


"Yeni ilə hazırlıq zamanı "qızıl orta"ya riayət etmək vacibdir. Evi və şam ağacını bir ay əvvəl bəzəsəniz, çox güman ki, dekabrın 31-də bu bəzəklər adi hala çevriləcək və bayram hissi yox olacaq. Çünki beynimiz hər şeyə tez öyrəşir. Yeni il ərəfəsinə bir neçə gün əvvəl hazırlaşmağa başlasanız, çox güman ki, bayram gecəsi saat 12-ni vuranda özünüzü yorğun hiss edəcəksiniz", - deyə psixoloq bildirib. 


Ekspert qeyd edib ki, emosional qavrayış nöqteyi-nəzərindən ən yaxşısı Yeni ilə iki həftə əvvəl hazırlaşmağa başlamaqdır: "Qalina xanımın fikrincə, bu dəfə tələsmədən hədiyyələr almaq və mənzili zövqlə bəzəmək kifayətdir, eyni zamanda Yeni il bəzəklərindən sıxılmağa vaxt tapmayacaqsız” - o vurğulayıb. 


"Bayram ərəfəsində ilin necə keçdiyi barədə özünüz özünüzə hesabat verməyi planlaşdırmayın. Bu, gələn ilə qalsın, çünki əvvəl etsəniz, natamamlıq hissi yaranacaq. Yeni ildə belə hissləri qəbul etməmək daha yaxşıdır", - deyə psixoloq fikirlərini sonlandırıb. 


qadinkimi.com