BURA / ORA
Pomidor çörək yeyə-yeyə də olsa səyahət edin Tarix : 05 İyun 2022, 19:38



Bizə bilgi mənbəyi-keçidi olaraq əksər hallarda kitablar tövsiyyə olundu. Xüsusən müasir dünyanı olduğu kimi anlamaq üçün 2 faktor olduqca önəmlidir.


1. Səyahət 


2. Müşahidə etmək 


Mən indiyə qədər reallaşdırdığım bütün fərqli-fərqli səyahətlərimə təxminən 50 min manat xərcləmişəm. Buna akademik proses, özünə yatırım kimi baxıram.


Həmin para ilə hazırda bahalı maşına, kiçik əlavə evə, obyektə də sahib ola bilərdim, amma agahlığım, bəsirətim əsla indiki qədər olmazdı. 


Əsla indiki Ağa olmayacaqdım. 


Düşünməyi, müşahidəni bacaranlar üçün bir ölkəyə səfər ən azı bir universitetdə təhsil almağa bərabərdir, özümə görə.


Əziz gənclər! 

Pomidor-çörək yeyə-yeyə də olsa səyahət edin. Araşdırın, baxın, müşahidə edin. Sizi çoxları anlamayacaq, amma siz dünyanı anlayacaqsız. 


Sizin bircə səyahətiniz minlərlər kitab oxumaqdan daha effektivdir. Həyatı hiss edərək, duyaraq yaşayın.


"60 yaşına qədər para yığım, səyahəti sonra edərəm” düşünməyin. Ev, maşın və s. gözəldir. Ağıla, ruha yatırım isə ondan da gözəldir. 


Sizi siz edən əsla və əsla əşyalar olmalı deyil. 


Ağlınız, öz faydalı dəsti xəttiniz, kreativ yanaşmanız, gözəl, intellektual təbəssümünüz, baxışınız, faydalı əməllərinizdir, tərkibiniz - kimliyinizdi!


Sizi çoxları anlamayacaq, qəribə baxacaq. Buna əsla diqqət etməyin. Pak niyyət, amallardan irəli gələrək səyahətlər edin, azad üfüqlərə sahiblənin. Bu prosesdə Allah ən əsas ÜMİD mənbəyiniz olsun.


Günlərin birində dediklərimin faydası olsa ruhuma salavat deyərsiz! 


Bu arada səhvlərim də çoxdur, üzərində işləməyə başladım artıq! 


Ağa Mehdiyev

qadinkimi.com