QADIN / KİŞİ
Pol Dolan ərə getməyən və uşağı olmayan qadınları daha xoşbəxt sayır. Tarix : 14 İyul 2020, 17:45

Sosial davranış üzrə ixtisaslaşan Britaniyalı yazıçı və psixoloq Pol Dolan ərə getməyən və uşağı olmayan qadınları daha xoşbəxt sayır.

 

Novato.az-ın məlumatına görə, London İqtisadiyyat Məktəbinin professoru olan psixoloq illərin müşahidəsinə əsaslanıb bildirir ki, sorğuya cəlb olunan evli insanlar yalnız həyat yoldaşlarının yanında həyatlarından razılıq ifadə edirlər. Müsahibə götürənlə, söhbətləşəndə, təkbətək qalan zaman onların fikirləri fərqli olur...

 

 

maraqli sekiller sekil yukle, sekil yukle indir


Pol Dolan iddia edir ki, nikah adətən kişilərin xeyrinədir: onlar daha çox pul qazanır, daha az riskə gedir və ümumilikdə daha çox və daha yaxşı yaşayırlar. Qadınlar isə evlilik həyatından, demək olar ki, heç nə qazanmırlar, əksinə, daha xoşagəlməz hallarla barışmaq zorunda qalırlar.


Psixoloqun fikrincə, qadınların ən xoşbəxt qismi heç vaxt ərdə olmayan və dünyaya uşaq gətirməyən qadınlardır. O bildirir ki, tək qadınların çoxu daşlaşmış stereotiplər və sosial təzyiqlər səbəbindən öz statusundan narahatdırlar, çünki uzun illər boyu ərli-uşaqlı olmaq qadının ən böyük uğuru sayılıb: "Siz 40 yaşında tənha və övladsız qadını görəndə ona yazığınız gəlir və düşünürsünüz ki, yaxşı kişiyə rast gəlsə, həyatı dəyişər. Amma başqa cür də ola bilər: qadın elə bir kişiyə rast gələr ki, sağlamlığını itirər, bədbəxt olar və vaxtsız ölər”…

 
Hər kəs, eləcə də hər qadın xoşbəxt olmaq üçün yaşayır. Bütün çabalarımız bunun üçündür. Hər bir Qadın dünyaya cocuq gətirərək, sevdiyi adama xörək bişirərək və ya tək yaşayaraq rahat, xoşbəxt olmaq seçimində azad olmalıdır. Bu onun haqqıdır.
 Xoşbəxt olmaq hər birimizin haqqıdır.
 
qadinkimi.com