Paylaşın, tərcümə edin, bəyanat kimi verin, necə istəyirsiz edin, təki yayılsın.
Qafqazda tarix boyu gərginlik yaradan, Qafqaz xalqlarının dincliyini pozan Ermənistan tərəfi artıq dünya üçün də qlobal təhlükəyə çevrilib.
Dünya qlobal təhlükə - pandemiya ilə mübarizə apardığı dönəmdə Ermənistan bölgədə yeni təxribat yaradaraq bu gərginliyi digər ölkələrə də yaymağa başlayıb.
12 iyulda Azərbaycan Ermənistan Silahlı Qüvvələrinə aid zirehli texnika və canlı qüvvələrin yerdəyişmələr etdiyini müşahidə etdi. Bu, Azərbaycana artilleriya hücumu planının sübutu idi. Belə də oldu. Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozaraq hücuma keçdi. Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Sərhəd Xidmətinin mövqeləri atəşə tutuldu. Döyüşün ilk saatlarında Azərbaycanın 2 hərbi qulluqçusu şəhid oldu, 5 nəfər yaralandı. Yaralı əsgərlərdən biri sonradan dünyasını dəyişdi. 13-nə keçən gecədən gərginlik davam etdi. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 14-ü səhər Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini atəşə tutdu. Hücum nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və 5 hərbi qulluqçu həlak oldu.
Ordu generalının şəhid edilməsi Azərbaycan xalqında şiddətli qəzəb yaratdı. Bakının mərkəzində, eləcə də digər bölgələrdə insanlar yürüşlər keçirib Ermənistanı terrora son verməyə çağırdı. Torpaqlarını kimsəyə güzəştə getməyəcəyini sərgilədi. Hökumətdən səfərbərlik tələb etdi. Rəsmi Bakı Ermənistanı aqressorluğa son verməyə, Azərbaycan xalqının təmkinini zorlamamağa çağıran bəyanat yaydı. Ermənistan tərəfi məhəl qoymadan atəşə davam etdi.
Döyüşlərdə Azərbaycan tərəfdən əlavə yaralananlar oldu, Ağdam kəndinin 76 yaşlı sakini öldürüldü. Dinc sakinlər arasında ağır yara alan Anya Ələsgərova haqda mətbuatda məlumat verildi.
16 iyulda Ermənistan tərəfi döyüş bölgəsinə əlavə qüvvələr göndərdi. Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Əlibəyli və Hacallı kəndləri ağır artilleriya silahlarından atəşə tutuldu. Daha intensiv atəş Ağdam kəndi istiqamətində idi. Dondar Quşçu kəndinin ərazisinə 20-dək top mərmisi düşdü. Mərmilərdən ikisi dinc əhalinin yaşadığı ərazidə müşahidə olundu. Top mərmilərindən biri vətəndaşın həyətinə, digəri isə başqa həyətyanı sahəyə düşərək köməkçi tikilini dağıtdı. 10-a yaxın ev yararsız hala düşdü. Daha sonra Ermənistan tərəfi Mingəçevir Su Anbarını vuracağını iddia etdi.
Qeyd edək ki, Azərbaycan bu hadisələr zamanı qarşı tərəfin hücumlarına gərəkli cavab verib. Sərhəddən hücuma keçməyə cəhd edən Erməni silahlı qüvvələri geri oturdulub və hücumların qarşısı alınıb.
Bundan sonra dünyanın bir sıra
ölkəsində azərbaycanlılar yürüşlər, aksiyalar keçirərək#stoparmenianaggression,
"Qarabağ Azərbaycanındı!”, "İşğala son!” şüarları səsləndirərək, şəhid
olan generalın şəkillərini qaldırıblar.
Orduya dəstək məqsədilə son 10 gündə 27 ölkədə 56 aksiya keçirilib.
Ermənilər isə aqressorluğa son vermək yerinə aksiyalarda haqlarını tələb edən
azərbaycanlılara hücum çəkiblər. On nəfər azərbaycanlı xəsarət alıb. Onlardan
dörd nəfər xəstəxanaya müraciət edib. Bundan sonra ABŞ Konqresində
Azərbaycana qarşı sanksiya tətbiqinə nail ola bilməyən, əksinə Azərbaycanın
xeyrinə qərarla qarşılaşan erməni lobbisi milyondan artıq erməninin yaşadığı
Los-Anceles şəhərində Azərbaycan konsulluğuna hücum planlaşdırıb. Plandan
xəbər tutan 50-yə yaxın azərbaycanlı konsulluğun qarşısına yığışaraq minlərlə
ermənidən konsulluğun binasını qoruyublar. Lakin bu da onları dayandırmayıb.
Ermənilər həmin 50 nəfərin üstünə cumaraq onlara xəsarət yetiriblər. Beş
nəfər azərbaycanlı xəstəxanaya aparılıb. Eyni zamanda ermənilər tərəfindən
Polşa, Niderland və Fransada azərbaycanlılara butulka, daş, şüşə
parçaları, partlayıcı vasitələr atılıb. Maşınları əzilərək aşırdılmağa cəhd
edilib, Azərbaycan səfirliklərinin binalarına ziyan vurulub. Niderland
polisinin onların qarşısını zorla aldığını göstərən kadrlar yayılıb.
Ardınca 22 iyulda Belçikanın paytaxtı Brüsseldə bir neçə erməni azərbaycanlı gənclərə saldırıb. Fiziki zorakılıq göstərib, Azərbaycan xalqını təhqir edib. Onlar bir azərbaycanlı gənci güdərək onu təkləyib, vəhşicəsinə döyərək videoya çəkib yayıblar. Həmin kadrları izləyən dünyanın hər yerində yaşayan azərbaycanlıların əsəbləri alt-üst olub. Bununla da ayrı-ayrı ölkələrdə iki xalqın üzvləri arasında qarşıdurmalar başlayıb. Bütün baş verənlərə görə birbaşa Ermənistan hakimiyyəti, erməni diasporu, baş nazir Nikol Paşinyan məsuliyyət daşıyır. İlk gündən Azərbaycan tərəfinin çağırışlarına baxmayaraq terrorçu davranışlarından əl çəkməyən Ermənistan bir daha qlobal təhlükə olduğunu sübut etdi. Xalqını azərbaycanlılara qarşı nifrətə sürükləyən, özünün olmadığı torpaqlara iddia edən, qonşuluğu düşmənçiliyə çevirən Ermənistan hökuməti xalqına təmkin çağırışı etməməsi ilə zorakılığa maraqlı olduğunu ortaya qoyur.
Azərbaycan ziyalıları olaraq Ermənistanın rəhbəri Nikol Paşinyandan təcili öz xalqına müraciət edərək təxribatları dayandırmağı, xarici ölkələrdə qarşıdurmalara səbəb yaratmamağı tələb edirik!
Aysel Aydın Əlizadə
Qadinkimi.com