BURA / ORA
Çində pandemiyaya qarşı papaq icad edilib Tarix : 11 May 2020, 20:41
Yazar : Qadinkimi.com
Çinlilər öz yenilikləri ilə təəccübləndirməyi bacarır.Xançjo şəhərində ibtidai sinifdə oxuyan şagirdlərin valideynləri müəllimlərdən məsafə saxlamaq üçün papaqlar "icad etmək" tapşırığı alıblar. Bu papaqların hər iki tərəfdə məsafəni qorumaq üçün 1 metrlik "qulaqcıq"ları var.

Ata-analar bu tapşırığa böyük məsuliyyətlə yanaşıblar. Hər ailə öz zövqünə, bacarığına görə papaq düzəldib. Şagirdlərin  maraqlı baş geyimləri rəngarəngliyi ilə seçilir. Məktəbin rəhbərliyi bu papaqlar şagirdlərə məsafəni qorumaqla bərabər, onu saxlamağın vacib olduğunu da xatırladır. 

Bununla yanaşı şagirdlərin şəxsi əşyalarının, dərs ləvazimatlarının dezinfeksiya olunmasına, qoruyucu maskalardan istifadəyə, eləcə də təmasda olmasına ciddi nəzarət edilir.
 
 
 
 

qadinkimi.com