HÜQUQLARIMIZ, KİŞİ KİMİ
Onların bu dərəcədə aqressivləşməsi əslində acizliyin, çarəsizliyin əlamətidir. Tarix : 23 İyul 2020, 09:59

Onlar niyə quduzlaşıb?

Fikir verdiniszə, əvvəlki döyüşlərdən, toqquşmalardan fərqli olaraq Tovuz döyüşləri zamanı ermənilər heç vaxt olmadığı qədər aqressivlik nümayiş etdirdi.

Onların xaricdəki soydaşlarımıza qarşı qəzəbli davranışları, hücumları bu gün də davam edir. Bir neçə gün öncə Londonda soydaşlarımıza xəsarət yetirən ermənilər, bu dəfə ABŞ-da, Fransada və Moldovada yaşayan soydaşlarımıza fiziki xəsarət yetirməyə cəhd göstəriblər, səfirliklərimizə cumublar. Bəli, bəli, məhz it kimi cumublar.


 Beybala Mirzeyev adlı şəxsin şəkli.

Belə ki, ABŞ-da yaşayan ermənilər dünən Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı etiraz aksiyası keçiriblər. Azərbaycan Respublikasının Los Ancelesdəki Baş Konsulluğu ermənilərin bu şəhərdə soydaşlarımıza hücumu ilə bağlı rəsmi məlumat yayıb.

Baş Konsulluqdan verilən məlumatda bildirilir ki, ermənilər 21 iyul 2020-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

Ancaq onların gözləmədikləri halda, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri yüzlərlə, minlərlə erməninin qarşısına çıxaraq, onların bu təxribatına mane olublar.

Azərbaycanlıların bu cəsarətindən hiddətlənən və məqsədlərinə nail ola bilməyən radikal ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar.

Belə ki, onlar idarə etdikləri avtomobillərdən azərbaycanlılara təhqirlər yağdırıblar və onlardan bir neçəsi avtomobillərini həmyerlilərimizin üzərinə sürməyə çalışıb.

Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün Los-Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.

Ermənilərin artan aqressiyasını görən Baş Konsulluq həmyerlilərimizin təhlükəsiz şəkildə oradan uzaqlaşdırılması məqsədilə dərhal avtobus ilə əlaqə saxlayaraq, avtobus təşkil edilməsi prosesinə başlayıb.

Los-Anceles polisi bizim həmyerlilərimizə onların təhlükəsizliyini təmin edə bilməyəcəklərindən ehtiyat etdiklərini bildirib və azərbaycanlıları oradan uzaqlaşdırmağa başlayıb.

Lakin təəssüf ki, daşnaklar həmyerlilərimizə bu anda hücum edərək, onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb. Bundan başqa, qadın həmyerlimizi erməni zorakılığından mühafizə etməyə çalışan polis əməkdaşı da

 

başından xəsarət alıb.Beybala Mirzeyev adlı şəxsin şəkli.

 

Xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək, xəsarət alan həmyerlilərimiz ilə görüşərək, erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.

Hadisədən dərhal sonra baş konsul Los-Anceles Polis idarəsinin rəisi Maykl Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirib. Maykl Moore Baş konsulumuzdan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd edib.

Ermənilərin hücumuna məruz qalan, Amerikada yaşayan qadın həmyerlimiz Səbinə Əsgərova özünün İnstaqram hesabında bunları yazıb:
"Əlli nəfər biz, beş min onlar. Özləri kimi ikinci şərəfsiz millət yoxdur. Uşaqların telefonlarını da oğurladılar. Buzlu su olan butulkalar gətirmişdilər, başımıza atırdılar, əclaflar. Düzü, polis onlara bizi blokadaya almağa şərait yaratdı. Bəzilərinin üstündə silah da var idi. Buzlu butulkanın biri başıma dəydi. Şükür ölüm, yaxud polisə düşən yoxdur".

Los-Anceles ABŞ ermənilərinin ən çoxluq təşkil etdiyi şəhərlərdən biridir. Daha doğrusu, birincisidir. İndi siz təsəvvür edin, bu şəhərdə 50 nəfər azərbaycanlı qorxmadan 5 min erməninin qarşısına çıxır və onlara meydan oxuyur. 50 azərbaycanlıya qarşı birlikdə heç nə edə bilməyən ermənilər yalnız aksiya başa çatandan sonra ikibir-üçbir qruplar şəklində dağılışan azərbaycanlılara hücum etməyə cəsarət ediblər...

Bu bizim millətin xarakteri, bu da onların tipi, tərzi. Əsl tülkü, çaqqal xislətidir ermənilərin xisləti.

Bəs Moldovada nə baş verib?

Moldovanın payaxtı Kişinyovda Ermənistan səfirliyi qarşısında Azərbaycan Ordusuna dəstək aksiyası keçirən azərbaycanlılar erməni səfirliyinin əməkdaşları və yerli ermənilərin hücumuna məruz qalıb. Ermənilər Azərbaycan bayrağını ələ keçirməyə cəhd göstəriblər. Bu zaman tərəflər arasında kütləvi dava düşüb. Kütləvi dava polisin işə qarışması ilə dayandırılıb.

İndi də keçək Fransaya, görək murdar erməni gəncləri burada bizə qarşı necə davranıblar.

Erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan "Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvləri Fransanın prefektura orqanlarından icazə almadan iyulun 19-da yerli vaxtla saat 14:50-də Parisdə səfirliyimizin qarşısında qanunsuz aksiya keçirməyə cəhd ediblər.

Sosial şəbəkələrdə səfirliyimizi yandırmaqla və ASALA terror təşkilatı ilə hədələyən gənc daşnaklar yerli vaxtla saat 14:15-dən etibarən səfirliyin binası yerləşən küçəyə toplaşmağa başlayıblar.

Daşnakların sayının artdığını, eləcə də toplaşanlarda zorakılıq əlamətləri görən Fransa polisi əlavə xüsusi qüvvələr çağırıb.

Daşnakların səs-küy saldığını görən soydaşlarımız Azərbaycan himnini gur səslə səsləndiriblər. Daşnaklar səfirliyin binasına daş ataraq pəncərələri sındırıblar. Polis müdaxilə edərək gözyaşardıcı qazla daşnakları geri oturdub.

Ermənilər arasında Fransada erməni kilsəsinin rəhbəri Vahan Hovanessyan da olub. Bu keşiş səfirliyimizin qarşısındakı ermənilərin qanunsuz yığıncağına qatılmaqla erməni "dindar"larının da daşnak ideologiyasını və mövqeyini dəstəklədiklərini təsdiqləmiş olub.

Azərbaycan səfirliyi Fransanın Daxili İşlər Nazirliyinin aidiyyəti orqanlarına müraciət edərək, daşnak zorakılığına sivil şəkildə cavab verməyi qərara alıb.

Məhz Fransa Xarici İşlər Naizirliyinin müdaxiləsindən sonra polis və jandarmlar erməni daşnaklarını ərazidən uzaqlaşdırıblar.

Dağılışmaq məcburiyyətində qalan daşnaklar küçədə azərbaycanlılarla rastlaşıb və onlara hücum ediblər. Jandarmların cəld reaksiyası sayəsində soydaşlarımz ciddi xəsarət almayıblar.

Bütün bunlar nədən xəbər verir? Erməni zorakılıqları hansı səbəblərdən baş verir?

Birinci səbəb xaricdəki diasporalarımızın artıq kifayət qədər fəallaşması və təşkilatlanması ilə bağlıdır. Ermənilər xaricdəki soydaşlarımızın bu qədər mütəşəkkil və effektiv təpkisi ilə qarşılaşacaqlarını gözləmirdilər. Necə deyərlər, bu dəfə daş qayaya rast gəldi, ermənilər çaşbaş qaldı.

İkinci səbəb ermənilərin Aprel döyüşlərindən sonra, Tovuz döyüşlərində də Azərbaycan Ordusundan tutarlı əks-zərbə almaları ilə bağlıdır. Ermənistanın hərbi avantüralarının, təxribatlarının boşa çıxmısı daxildə Paşinyan iqtidarını məyus etdiyi kimi, xaricdə də erməni diasporalarını qıcıqlandırır.

Bir sözlə, ermənilər gücün qarşısında güc görüncə narahat olmağa başlayıblar. Bu hal onları daha da aqressivləşdirir. Görün nə dərəcədə aqressivləşirlər ki, hətta qarşılarını kəsən fransız, amerikan, ingilis polisini də görməzdən gəlirlər.

Onların bu dərəcədə aqressivləşməsi əslində acizliyin, çarəsizliyin əlamətidir. Quduzlaşmaq acizləşməkdən doğur.

Ermənilər artıq hər yerdə və hər işdə azərbaycanlıların güclü müqaviməti ilə qarşılaşdıqlarını dərk etməyə başlayırlar. Və onlar bu prosesin qarşısını almaq üçün malik olduqları vasitələrin, üsulların, yolların tükənməsinin də fərqindədirlər.

Zənnimcə, növbəti həmlədə xaricdəki soydaşlarımızın erməni diasporalarından bir addım önə keçmələri mümkün olacaq. Bununçün həm təşkilatlaatlanma məsələlərində daha da fəal olmaq tələb olunur, həm də intellektual planda işlər genişləndirilməlidir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi həyatında önəmli yer tutmağa, nüfuzlu simalara çevrilməyə çalışmalıdırlar.

 

 

Bəybala Mirzəyev

 

 

qadinkimi.com