Qədim Yunanıstanda yaranan Yay Olimpiya Oyunları — hər dörd ildən bir yay fəslində keçirilən bütün dünyanı əhatə edən çox növlü idman yarışlarıdır. Müasir Olimpiya Oyunları ilk dəfə 1896-cı ildə Afinada keçirilib.
Olimp Yunanıstanda ən yüksək dağ massivi olub, Egey dənizi sahilində yerləşir. Hündürlüyü 2911 m-ə qədərdir. Əhəngdaşı və kristallik yamacları dar dərələrlə kəsişir. Bu dağın həmişə yaşıl kolları, enliyarpaqlı şam meşələri var. Qədim yunan mifologiyasında Olimp müqəddəs dağ - Zevs başda olmaqla allahların məkanı hesab olunurdu. Allahların burada keçirilən məclisi də Olimp adlanırdı.
İndi bir sıra bədii özfəaliyyət kollektivlərinin xalq yaradıcılığı və müsabiqələri, məktəblilər arasında hər hansı bilik sahəsində keçirilən yarışlar (məsələn, riyaziyyat, fizika, kimya, biologiya, fiziologiya və s. fənlər üzrə) da Olimpiada adlanır.
Olimpiya Oyunları Yunanıstanda bir bayram sayılırdı. Əvvəllər olimpiyaçılar yalnız qaçışın sürətinə görə yarışırmışlar. Lakin illər keçdikcə Olimpiya Oyunları yarışlarının proqramına pentatlon (beşnövçülük: qaçmaq, nizə və disk tullamaq, uzununa tullanmaq, güləş), yumruq döyüşü, ikitəkərli arabalarda yürüş də daxil edilir. Olimpiya bayramlarında incəsənət müsabiqələri də keçirilərmiş, məsələn, şairlər Olimpiya Oyunlarının şərəfinə şeirlər və himnlər oxuyar, natiqlər qalibləri tərifləyərmişlər.
Olimpiya oyunları Qədim Yunanıstanda Olimpiya şəhərində ilk dəfə e. ə. 776-cı ildə Zevsin şərəfinə yarışlar keçirməklə başlayıb. Oyunlar 5 gün ərzində keçirilir, 1-ci və 5-ci günlər təntənəli mərasimlərə, qalan günlər isə idman yarışlarına həsr edilirdi. Digər rəvayətə görə, Ellada hökmdarı İfıt Sparta hökmdarı Likurqla müqavilə bağlayır və bu şərəfə dostluq bayramı keçirməyi qərara alırlar.
Qadınlar bu oyunlara nəinki iştirakçı, hətta tamaşaçı kimi də buraxılmırdı. Rəvayətə görə, tamaşaçılar arasında öz həyat yoldaşının paltarlarını geymiş Kallipateria oğlu Olimpiya çempionu olduqda həyəcanını gizlədə bilməyərək stadiona atılır və oğlunu qucaqlayır. Qadın həyəcandan yerişini və geydiyi paltarı unudur, başından papağı düşür, uzun hörükləri görünür. Hakimlər və tamaşaçılar bunu görüb onun ölümünü tələb edirlər. Lakin Kallipaterianın atası Diaqor və oğlu müxtəlif vaxtlarda Olimpiya oyunlarının qalibləri olduqlarına görə onu bağışlayırlar. Sonrakı illərdə elə qərar qəbul etmişdilər ki, idmançılar, məşqçilər və xidmətçilər yarış yerinə çılpaq gəlməli və mandatdan keçməli olmuşlar.
Olimpiya Oyunlarının 1896 – cı ildən başlayan müasir tarixi isə maraqlı yarışlarla zəngindir. O vaxtdan hər dörd ildən bir keçirilən Yay Olimpiya Oyunlarının proqramına ən kütləvi yayılmış idman növləri yüngül atletika, üzgüçülük, gimnastika, basketbol, boks, sərbəst və klassik güləş, atçılıq, avarçəkmə və s. kimi daxildir.
Olimpiya bayrağı ideyasını 1913-cü ildə BOK prezidenti Pyer de Kuberten vermişdir. Göstərilən halqalarda üst-üstə 3 halqa soldan sağa doğru mavi, qara və qırmızıdır. Altdakı halqalar isə soldan sağa doğru sarı və yaşıldır. Hər bir halqa bir qitəni göstərir. (Antarktida göstərilmir)
Müasir dövrdə daha yayOlimpiya Oyunları kimi tanınan 1900-cü il Yay Olimpiyadası Paris şəhərində təşkil olunan çoxnövlü beynəlxalq idman yarışıdır. Bu Olimpiya oyunlarında açılış və bağlanış mərasimləri keçirilməyib. Oyunlar mayın 14-də başlayır və oktyabrın 19 – da başa çatır. Yarışlarda 997 Olimpiyaçı iştirak edib.
Qadınlar ilk dəfə 1900 – cü il Yay Olimpiya oyunlarında iştirak edirlər və yelkənli qayıqsürmə idmançısı isveçrəli Helen Pourtales yelkənli qayıq idmanı yarışlarında qalib komandanın heyətində ilk qadın Olimpiya çempionu oldu. Şarlotta Kuper isə tennis yarışlarında qalib gəldikdən sonra, fərdi Olimpiya yarışlarında qalib gələn ilk qadın oldu. O, sonra qoşa yarışlarda da qalib olur..
1908 – ci ildə Londonda keçirilən Yay oyunlarında qadınlar oxatma, tennis və fiqurlu konkisürmə yarışlarında iştirak edir.Oxatma yarışlarında ingiltərəli Missis Hill Lou bürünc medalın sahibi .46-55 metrlik məsafədə isə Kvini Nyual qalib olur.
Olimpiya tarixinə adını yazan qadınlara Amerikalı tennisçi Selya Kuper, konkisürmə yarışlarının qalibi Madge Sayers, almaniyalı Anette Petche, Koreyalı Li sanq Xva, rusiyalı Olqa Fatkulina.norveçli Marit Berqen, Tereza Yohauq və b. göstərmək olar.
Bundan sonra qadınlar Olimpiya oyunlarında iştirak edir və bir çox qələbələr qazanırlar.On üç dəfə dünya çempionu Yaponiyalı güləşçi qadın Saori Yaşoda üçqat Olimpiya çempionu olaraq təkcə qadınlar arasında deyil, kişilər arasında da mütləq rekord qazanıb.
Azərbaycan idmançıları ilk dəfə 1952- ci ildə SSRİ dönəmində olimpiya oyunlarında iştirak edib.
1992-ci ildə isə müstəqil Azərbaycanda Milli Olimpiya Komitəsi yarandı.Azərbaycana ilk olimpiya medalını cüdoçu Nazim Hüseynov gətirib. İlk qadın qalibimiz isə stend atıcısı Zemfira Meftahətdinovadır.
İstənilən sahədə qalib olmaq olar. Əsas məqsəd və inamdır.
P.S. Azərbaycan cüdosunun əfsanəsi sayılan Nazim Hüseynov avqustun 2-də 51 yaşını qeyd edib. Möhtəşəm qələbələrə imza atan, İtaliya cüdo yığma komandasının baş məşqçisi postundan imtina edən vətən sevdalı idmançımızı təbrik edir, rahat və xoş günlər arzulayırıq.
qadinkimi.com