QADIN / KİŞİ
O, nə ideal sevgili, nə həyat yoldaşı, nə də dostdur Tarix : 02 İyul 2021, 18:17

Həyatımız boyu o qədər səhvlərimiz, günahlarımız olur ki. Bəzən görmürük, ya görməzdən gəlirik, görmək istəmirik. Bəzən də fərqində olmuruq, anlamırıq. Bu cütlüklərin münasibətində, ailədə də özünü biruzə verir. Bu zaman nədənsə, qadın daha çox günahkar olur.

Elə bil bütün bəlaların səbəbkarı qadındır. Onun günahkar olması üçün hər zaman bir səbəb, bir bəhanə var:

O, nə ideal sevgili, nə həyat yoldaşı, nə də dostdur.

Kifayət qədər gözəl deyil. Çox kökdür, çox arıqdır.

Yataqda odun kimidir. Ümidləri, gözləntiləri doğrultmur.


Qadın özünü deyil, partnyorunu düşünməlidir və s. kimi zəhərli yanaşmalarla, düşüncələrlə təravətli, çiçəklənən qadın bir-neçə ilə yorğun, bitgin birinə dönüşür. Qarşılıqlı münasibətlərdə, ailədə daim günahkar olan, məsuliyyət daşıyan qadın sadəcə qurbana-günahkara çevrilir. Həmişə bəraət qazanmağa, "səhv”lərini düzəltməyə çalışır.

Bundan əzab çəkən qadın daim xoşa gəlmək, kişini razı salmaq üçün çabalayır.


Qadın nə qədər özünü günahkar bilirsə, kişi bundan istifadə edir. Bəli, bu məhz belədir. Kişilər qadının özünü günahkar bilməsindən razıdırlar. Bu zaman onlar özlərinə rahat şəkildə qadını idarə edə bilirlər. Və qadınını özündən asılı edir. Kişilərə ondan asılı olan qadınla daha rahatdır. Amma bu münasibətdə qadın xoşbəxt deyil, o itaətkar olmağa məhkum olur, kişisə azaddır.


Əslindəsə birlikdə hər iki tərəf eyni qədər məsuliyyət daşıyır. Həmişə bir tərəfin günahkar durumda qalması birgəliyə zərər verir. Burda "mən” yoxdur. Cütlük böyümür - kişi və qadın olmur. ”İkimiz” olmursa, xoşbəxtlik alınmır. Birinin digərini daim nəzarətdə saxlamaq istəyi hər şeyi məhv edir.


Qarşı tərəfi idarə etməyə çalışmaq, sizin istəklərinizdən asılı etmək münasibətlərinizdə gərginlik yaradacaq. "Mən” və "Sən” olmayın!

 

Birgəliyinizi xoşbəxtliyə çevirin "Biz” olaraq.

 


 

Filimoşkina Natalya, psixoloq
 
 
qadinkimi.com