FEMİNİZM
Niyə qadınlar daha çox yaşayır? Tarix : 23 İyul 2023, 19:41


Axşam valideynlərim televizora baxırdılar.


"Artıq gecdir” dedi anam, "yorulmuşam, yatıram”.


Anam ayağa qalxıb mətbəxə keçdi.


Qəlyanaltı-meyvə boşqablarını təmizləyib yerinə qoydu.


Çaydanı doldurdu ki, səhərə hazır olsun, dəm çaydanına çay atdı.


Şəkər qabına baxdı, dibində az idi, əlavə etdi.


Sabaha dondurucudan çörəyi götürdü və əti də əriməsi üçün çıxartdı.


Süfrəni yığışdırdı.


Telefonu enerji yığmağa qoydu, kitabları səliqəyə saldı.


Sonra paltaryuyan maşından yaş paltarları çıxarıb asdı və maşına başqa paltarlar doldurdu.


Zibil qutusunu boşaltdı.


Duş pərdəsinin borusuna qurumaq üçün yaş dəsmal asdı.


Köynək ütülədi, düymə tikdi, çiçəkləri suladı.


Əsnəyərək yataq otağına tərəf getdi.


İş masasının yanından keçəndə dayandı, müəllimə qeyd yazdı, məktəb gəzintisi üçün yol pulu ayırdı, əyilib stulun altında əzilən dərsliyi götürüb masanın üstünə qoydu.


Sonra tort reseptləri dəftərini çıxarıb rəfiqəsinə söz verdiyi resepti kağıza yazıb çantasına qoydu.


Ərzaq mağazasından nə alacağını qeyd etdi və qeydi çantasına atdı.


Sonra üzünü 3-ü 1-də təmizləyici losyonla sildi, dişlərini fırçaladı.


Gecə kremi və qırışlara qarşı nəmləndirici krem sürtdü.


Dırnaqlarına baxdı, düzəltdi.


İçəridən "yatmamısan?” deyə səslənən atama "indi gedirəm” deyərək itin su qabını doldurdu.


Qapıları, pəncərələri yoxladı, zaldakı gecə lampasını yandırdı.


Qardaşımın otağına getdi, yatıb dedi, işığı söndürdü, kompüteri bağladı, köynəyini asdı, yerdən çirkli corabları yığıb səbətə atdı.


Yanıma gəlib, get yat, sabah işləyərsən dedi.


Öz otağına keçdi, saatı qurdu və sabah üçün paltarını hazırladı.


Sonra anam 6 bəndlik vacib işlərin siyahısına daha 3 bənd əlavə etdi.


Xəyallarının gerçəkləşdiyini göz önündə canlandıraraq özünə şirin yuxular arzuladı.


Elə o vaxt atam televizoru söndürüb, sadəcə "mən yatıram” dedi. 


Sizcə, bunda qəribə bir şey varmı?

Görəsən, qadınlar niyə daha çox yaşayır?

Bizim işimiz çoxdur, bitirənə qədər ölə bilmirik. 

Qadinkimi.com