BURA / ORA
NASA Günəşin “gülümsəyən fotosu” nu paylaşıb Tarix : 29 Oktyabr 2022, 15:03

Qadinkimi xəbər verir ki, ABŞ Kosmik və Aviasiya Agentliyi NASA-ya bağlı olan Günəş Dinamikası Rəsədxanası sosial media hesabından Günəşin səthində "gülən emoji” kimi görünən fotosunu paylaşıb. 


NASA 2010-cu ildən Günəşi müşahidə edən Solar Dynamics Observatory peyki tərəfindən çəkilmiş Günəşin yeni "gülümsəyən fotosu” sosial mediada böyük marağa səbəb olub.


NASA-nın yaydığı fotonun açıqlamasını təqdim edirik: "Pendir kimi! Bu gün NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşi "gülümsəyərkən” tutub. Günəşdəki ultrabənövşəyi işıqda görünən bu qaranlıq ləkələr koronal dəliklər kimi tanınır və sürətli günəş küləyinin kosmosa sıçradığı bölgələrdir”.


Yəni bu heç də məsum bir "gülümsəmə”deyil. Qara nöqtələr günəş küləyinin güclü axınının mənbəyidir və bir gün ərzində planeti güclü geomaqnit qasırğası vura bilər ki, bu da orbitdəki peyklərin, radio şəbəkələrinin və GPS-nin fəaliyyətinə təhlükə yaradır. 



Qadinkimi.com