BURA / ORA
Namizədliyi qeydə alınmayan Zahir Əzəmət prezidentə yazdı Tarix : 24 Yanvar 2020, 17:33
Yazar : Qadinkimi.com
Prezident İlham Əliyevə sualım var!

Cənab Prezident!

Bir dövlət qurumu (MSK və məhkəmə) digər dövlət qurumunun sənədini tanımırsa, ən əsası, eyni dövlət qurumu (Əmlak Komitəsi) 13 gün ara ilə mənimlə bağlı 2 fərqli arayış verirsə, ya Oqtay Əsədov dövlətdən daha güclüdür, ya da Azərbaycanda dövlət içində dövlət var.
Xahiş edirəm, məsələni şəxsi nəzarətinizə götürəsiniz!

Ola bilsin ki, doğrudan da hansısa bilmədiyimiz vacib səbəblərdən Oqtay Əsədov mütləq deputat seçilməlidir. Olsun, amma bunu dövlətin rəsmi möhürünü, dövlətin rəsmi etibarını zədələmədən də edə bilərdilər. Hər halda bu şəkildə yox.

İnanıram ki, mənimlə bağlı başverənlər özfəaliyyətdir və Sizin bundan xəbəriniz yoxdur.
 
 

qadinkimi.com