QADIN / KİŞİ
Münasibətlərdə Stokholm sindromu nədir? Tarix : 18 İyul 2019, 19:41
Yazar : Qadinkimi.com

 

Stokholm sindromu nədir?

"Məni başa düşməzsiz". Belə tanımaq olar Stokholm sindromunu. Kənardan baxıldığında dözülməyəcək münasibətlərə dözən, davam etdiriləməyəcək evliliyi davam etdirən insanların onlara bunu yaşadana duyduğu asılılığını izah edir. Adı İsveçin paytaxtı Stokholmda 1973- cü ildə yaşanmış bank soyğunu ilə bağlıdı. Girov götürülənlərin bank soyğunçuları ilə yaxınlaşması, onları haqlı görməsi, kömək etməsi, hətta aralarından sonrakı illərdə onlarla evlənənlərin çıxması Stokholm sindromu adlandırılıb.
Bu termin sonrakı illərdə təcavüzə məruz qalanların təcavüzcüyə, incidilənin incidənə simpatiyası kimi izah edilib.

 

 


 
İnsan özünə zərər verən bir münasibəti niyə davam etdirir?  

Bir insan niyə ona əziyyət verəni bağışlayır, onu haqlı bilir, hətta sevir? 
Bunu fərqli formalarda izah etmək olar. Şiddət hadisələrində can qorxusu;
Evliliklərdə maddi asılılıq; Kimsə tərəfindən sevilməyəcəyi qorxusu; Bu vəziyyəti münasibətlər əsasında qiymətləndirərkən bir az geniş prizmadan baxmaqda fayda var. Davamlı olaraq təzyiq görən, evdən çölə çıxmayan, getdiyi yerlərin şəklini çəkib göstərməli olan, 24 saat basqı altında qalan biri bunları edəni necə bağışlayar?
Bunun kökündə insanın sevgi və bağlanma ehtiyacı yer alır.
"Məni döyür, amma sevir". Bu, həqiqətən şiddəti qəbul etmənin əsası kimi izah edilir. 
Təzyiq mövzusu da belədir. Hər addımının kontrolda olmasını sevgi kimi qəbul edənlər var. Onlar özlərini davamlı olaraq qarşı tərəfin dediklərini etməyə məcbur hiss edirlər. Bəziləri eynisini qarşı tərəfə edir, bəziləri təktərəfli və könüllü şəkildə bu münasibəti davam etdirirlər. 

Bir seçim və ya azad olma problemi

Uşaqlıqda sevgi görməyən, sevgi ehtiyacı hiss edən insanlar bunu daha tez-tez yaşayır, özlərini sevən insanlara qurban etməyi, lazım gəlsə, əziyyət çəkməyi gözə alır və kənardan görünən o məntiqsiz münasibətləri davam etdirirlər. Nəticədə bir gün yaşadıqlarının mənasızlığını anlayıb ayrılanlar, qarşı tərəfin ittihamlarına dözənlər olur. 

Stokholm sindromundan xilas olmaq insanın öz əlindədir

Yaşadıqlarının mənasızlığını anlayıb xilas olmaq istəyəndə nisbətdə qurtulanlar olur. Amma bunu həqiqətən istəmələri lazımdı. Özləri bacara bilmədikdə bir psixoloqa və ya psixoloji yardıma üz tuturlar. Ancaq bu cür sağlam həyata qovuşa bilərlər. Stokholm sindromu bir tale deyil, bir seçimdi. Xilas olmaq da qurbanın əlindədi.
 

 
Qadinkimi.com