QADIN / KİŞİ
Mükəmməl qadın görüntüsü yaratmaq istəmirəm Tarix : 15 Fevral 2021, 02:52

Gerçək özümə qayıtmaq istəyirəm ...

18 yaşımda sevgilimlə anası ilə kobud danışdığından ayrıldım. Xeyr, onunla nəsə ciddi bir məsələylə bağlı deyil, sadəcə, adi gündəlik ünsiyyətdə belə rəftar edirdi. Ona çox aşiq idim və bu qarşılıqlı idi.

Anam məndən ondan niyə ayrıldığımı soruşdu. Mən də ona cavab verdim ki, anası ilə belə danışırsa,sonra mənimlə də belə davranacaq.

O zaman niyə bu nəticəyə gəldiyimi bilmirəm. Belə hiss etdim sadəcə. İçimdən bir səs haqlı olduğumu deyirdi elə bil.

Uzaq 98-ci ildə qadın-kişi psixologiyasına dair heç bir mühazirə yox idi və ümumiyyətlə qadın – kişi münasibətləri ətrafında belə həyəcan, müzakirələr yox idi.

Anam bu yaxınlarda tamamilə unutduğum bu hadisəni xatırlatdı.

Mən təəssüflə düşündüm: 

Belə çıxır ki, 18 yaşımda 36 yaşımdan daha ağıllı idim? !!

18 yaşımda adi bir hərəkətə diqqət yetirmək və gələcəkdə "qaranlıqlara” gedəcək münasibətlərdən imtina etmək üçün ağlım var idi.

Və 36 yaşında çoxlu xəbərdarlıqlara məhəl qoymadım ... yox, daha güclü səbəblərə, içimdən gələn daha güclü səslərə məhəl qoymadım və həyatımı zəhərləyən bir münasibət qurdum. Bundan sonra neçə ildir yaralarımı sarıyıram ...

Özümə sual verirəm: "Niyə?"

Özümü dinləmək qabiliyyətimi nə vaxt itirdim?

Bir-iki gün düşündüm.

Birdən anladım.

Qadının nələri etməli və etməməli olması, bir kişi ilə münasibət qurmağın yolları, ailədə kişi və qadının ehtiyaclarını necə anlaması, necə qadın olmaq, kişiyə düzgün yanaşmaq və s. kimi mövzuları araşdırdım, mühazirələr dinləməyə başladım...

Başqasının münasibətlərin necə olacağını bilməsinə, ailədəki hər şeyin qadından asılı olduğuna inandığım zaman baş verdi hər şey.

O zaman özümə və intuisiyama güvənməkdən vaz keçdim. Özümə qulaq asmağa son verdim və özümü "əsil qadının nə etməli və etməməli" çərçivəsinə saldım.

Onda kişini üfüqdən o yana, uzaqlara göndərmək əvəzinə, onu daha yaxşı olmağa sövq etməyin yollarını bildiyimə qərar verdim. Mən onun "göz çıxaran"yalanlarını belə görməzdən gəldim. Sadəcə ona bəraət verməyə çalışdım Öz davranışımla kişini dəyişdirə biləcəyimə inandım.

 

Image result for düşünən qadın

 

Bir şeyi nəzərə almadım: kişinin özünü. Sən onun mahiyyətini dəyişə bilməzsən. Daim güzəştə getməklə, mənasız qurbana çevirirdim özümü.

İndi də 12 il yaxşı arvad rolunu oynamağımdan sonra (iki evlilikdən 12 illik ailə təcrübəmi nəzərə almaqla) qadınlıq və ya bir kişini necə qazanmaq, münasibətləri necə davam etdirmək və başqa mənasız fikirlərə istehza ilə baxıram. Bu sadəcə ticarət psixologiyasıdır, psixoloji oyundur və mən bu oyunları daha oynamıram. Özüm olmamaqdan bezmişəm.

Münasibətlərin yükünü çəkməkdən bezmişəm. Münasibətlər iki nəfər tərəfindən qurulur. Hər ikisi cavabdehdir.

Mükəmməl olmağa çalışmaqdan bezdim.Çünki tükənirdim. Xəyallarımı reallaşdırmaq üçün kifayət qədər vaxtım və enerjim qalmırdı.Bütün gücümü ideal görünməyə, başqasına uyğunlaşmağa sərf edirdim.

Mən Kişimi həvəsləndirmək üçün manipulyasiya üsullarını öyrənmək istəmirəm (o, yetkin bir insandır və həyat hədəflərini özü təyin edə bilməlidir).

Mən yalnız ona inanmaq, hörmət etmək və özüm olmaq istəyirəm.

Özünə qulaq asan və intuisiyasına güvənə bilən on səkkiz yaşlı qız olmaq istəyirəm.

Yanındakı kişinin necə olacağını bilən biri olmaq istəyirəm.

Kişidən yapışmayan, üstəlik münasibətləri naminə prinsiplərini qurban verməyən biri olmaq istəyirəm.

Psixologiyaya, hansısa meyarlara görə içimdə nə qədər qadınlığın aşkarlandığı məni maraqlandırmır.

Cins şalvar, paltar geyinməyim, makiyaj, manikur edib-etməməyim, ana olmağım və ya işləməyim məni dəyişmir. Həmişə bir qadınam. Bütün bunlar məni dəyişmir.

Fasadın heç bir əhəmiyyəti yoxdur. Xarici görüntüm mənim qadın olma hissimi dəyişdirmir. Bütün bunlar məzmuna təsir etmir.

Mən dost, həmfikir insan, sevgili, bacı ola bilərəm. Ancaq mən bir kişi üçün mükəmməl qadın görüntüsü yaratmaq istəmirəm.

Mən real olmaq istəyirəm.

Mən özüm olmaq istəyirəm.

 

 


İrina Ostrovskaya

 

qadinkimi.com