İngiltərəyə məxsus Mothercare mağazalar şəbəkəsi iflas olduğunu elan etməyə hazırlaşır. Şirkətə alıcı tapılmasa, 2500 insanın işini itirəcəyi bildirilir. Şəbəkənin xaricdəki mağazaları bu ilin təkcə mart ayında 36,3 milyon zərərə uğrayıb.
Uşaq məhsulları pərakəndəçisi Mothercarenın verdiyi rəsmi açıqlamada İngiltərədə 79 mağazanın kirayə ilə bağlı problemi olduğuna görə iflas müraciəti ediləcəyi deyilir.
Şirkətin uzun müddətdir ki, İngiltərədəki mağazalarını satmaq üçün görüşlər keçirdiyi, ancaq hələ də alıcı tapılmadığı bildirilir.
Son illər İngiltərədə artan iqtisadi risklər və istehlak tələbindəki dəyişikliklər bir sıra mağaza şəbəkəsinin iflasa yolunu açıb. Oyuncaq şirkəti Toys R Us, elektronik pərakəndə zənciri Maplin, xalça şirkəti Carpetright da iflasa uğrayanlar arasındadır.
Onu da qeyd edək ki, Mothercare mağazalar şəbəkəsi 1964-cü ildən fəaliyyət göstərir.
qadinkimi.com