Miras hüququnu şəriət qanunları ilə tənzimləyən Misirdə Kıpti Huda Nasrallah adlı qadın keçən il ölən atasından qalan mirasla bağlı məhkəməyə müraciət edib. O, iki qardaşı ilə bərabər miras haqqı tələbi ilə apardığı hüquqi mübarizəni qələbə ilə bitirib.
İnsan haqları üzrə vəkil olan Nasrallah iki məhkəmədən əliboş qayıtdıqdan sonra bərabər mirasla bağlı Xristian doktrinasını referans götürərək yenidən məhkəmə işi açılmasına nail olub.
Körfəz xəbərin Step Fiddən aldığı xəbərə görə 40 yaşlı Nasrallahın məhkəmə mübarizəsi bərabər miras haqqını əldə etməsi ilə nəticələnib. Bu müddətdə qardaşları da ona tam dəstək veriblər.
Nasrallah açıqlamasında "Əslində mübarizəm mirasla bağlı deyil, atam bizə milyonlarla misir funtu buraxmayıb. Sadəcə mən də qardaşlarımla eyni hüquqa sahibəm” deyib.
El Ezher Universiteti təmsilçilərindən olan Şeyx Abbas Şuman "cinslərarası bərabərliyin haqsızlıq olduğu” fikrini müdafiə edib. O, "Mirasda cinslər bərabərliyi müraciəti haqsızlıqdı. Çünki qadınlar bəlli məqamlarda kişilərdən daha artıq miras ala bilirlər” deyib.
Misir hüquq sistemi Kıpti kilsəsinə evlilik və boşanmalarda öz qanunlarını tətbiqetmə haqqı versə də, miras məsələlərində dövlətin qanunlarına riayət etmək şərti qoyur.
Tunisdə keçən il cinsdən asılı olmayan miras qanunu təklif edildikdən sonra bərabər miras haqqı tələbləri bütün ərəb dünyasında müzakirə olunmağa başladı.
Ölkənin əvvəlki preizdenti Əl-Bəci Kaid es-Sibsinin təklif etdiyi qanun Tunis kabineti tərəfindən təsdiq edilsə də, hələ ki parlamentdə ratifikasiya olunmayıb.
qadinkimi.com