Emma Watson
Qadın haqları üçün mübarizə aparmaq son zamanlarda "kişi düşmənliyi” ilə çox qarışdırılır. Bildiyim bir şey varsa, o da bunun bir an öncə bitməli olduğudur.
Matt Damon
Ölmədən öncə etməli olduğum şeylər listim olsaydı, 4 qızımı da güclü, yaxşı bir qadın olmaqları üçün yetişdirməyi ilk sıraya qoyardım.
Jhon Legend
Bütün kişilər feminist olmalıdı. Çünki əgər kişilər qadın haqlarına önəm verərsə, dünya çox daha gözəl yer olar.
Beyonce
Oğullarımıza bərabərlik və hörmət qaydalarını öyrətməliyik. Beləlilkə, böyüdüklərində gender bərabərliyi təbii həyat tərzləri olar. Qızlarımıza da çata biləcəkləri ən yüksək nöqtəyə çatmağın mümkün olduğunu aşılamalıyıq.
Annie Lennox
Bu sadəcə güclü olmaqla əlaqəlidir. Kişilərdən daha güclü olmaqla deyil! Kişilərlə eyni müdafiə, dəstək və ədalət haqlarına sahib olmaq. Bu qədər.
Taylor Swift
"Feminist deyiləm” demək , kişilərin qadınlardan daha çox haqqa və fürsətə layiq olduğunu müdafiə etmək deməkdir.
Clarie Danes
Bəli, qadınlar əvvəl sahib olduqlarından daha çox azadlığa və təsirə sahibdirlər. Amma kişilərlə "bərabər” demək hələ də mümkün deyil. Çünki deyillər.
Keria Knightley
İnsanlar zarafat edərkən bir-birilərinə "feminist oldun?” deyə sual verirlər. Sanki feminizm zarafat anlamından başqa anlamda ağıza alına bilməz, müzakirə oluna bilməz.
Gemma Arterton
Feminist olmağın niyə hələ də bir tabu olduğunu bilmirəm.
Prince Harry
Qadınlar gücləndiyində, ətrafındakıların həyatlarını ölçülməz dərəcədə yaxşılaşdırırlar. Biz kişilər burda oynadığımız rolun fərqində olmalıyıq. Dürüst bir kişi qadınların qiymətini bilər və onlara layiq olduqları kimi dəyərli davranar.
Hazırladı: Günel Dəniz
qadinkimi.com