BURA / ORA
Meral Akşenerin rəhbərlik etdiyi İYİ Partiyası ikinci ilini qeyd edib Tarix : 04 Noyabr 2019, 12:49


İYİ Partiyası ötən günlərdə quruluşunun ikinci ilini qeyd edib. Bu məqsədlə təşkil olunan və İstanbul Böyükşəhər Bələdiyyəsi sədri Əkrəm İmamoğlunun da qatıldığı tədbirdə İYİ Partiyanın rəhbəri Meral Akşener çıxışına "Ekrem İmamoğlunu da gətirdim” sözləri ilə başlayıb.


31 mart və 23 iyun seçkilərinin nəticələri üçün istanbullulara təşəkkür edən Akşener çıxışına bu sözlərlə davam etdi: "Çox uzun bir yolu əngəlləri aşa-aşa gəldiniz. 31 mart və 23 iyun üçün sadəcə İYİ partiya tərəfdarlarına deyil, bütün istanbullulara təşəkkür edirəm. İstanbullular edilən səhvlərə istər AK partiyası, istər İYİ partiya və ya CHP-yə səs versin, nə olursa olsun, haqsızlığa qarşı bir mövqe bildirdilər. Nəticədə 23 iyunda bir dastan yazıldı. Bu da o deməkdir ki, artıq Türkiyədə bəzi şeyləri dəyişdirmək seçici olaraq sizlərin və bizlərin əlindədir”.


Partiyasınnın yaradılmasının ikinci ilini qeyd etdiklərini və bununla qürür duyduqlarını deyən Akşener: "Yaxşı ki İYİ partiyasını qurmuşuq. Yaxşı ki, bir çox yanlışlıqlara qarşı çıxmışıq. Nəticədə Türkiyədə dəyişməsi mümkün hesab edilməyən səhvləri dəyişdirə bilmə iradəsinin seçicidə olduğunu birlikdə sübut etdik” ifadələrini səsləndirib. 



Mənbə:   http://www.hurriyet.com.tr/siyaset/iyi-parti-kurulusunun-ikinci-yilini-kutladi-41365460?fbclid=IwAR2nRrBFn2gKLCJiJixpuoi2hDIaVIz-Olr6FsN-YC0pUEK77-pHSXlHzmg

 

qadinkimi.com