Kimia Əlizadə - Taekvondoçu, İran


Kimia

2016-cı ildə Kimia İranın ilk Olimpiya medalını qazanan idmançı olur. Kimia Britaniyanın Financial Times qəzeti tərəfindən taekvondoçu kimi "İran qadınlarını şəxsi azadlıqlarını ifadə etmək yolunda cəsarətləndirdiyi" üçün qiymətləndirilib.

 21 yaşında Tokio 2020 olimpiadasına vəsiqə qazanmaq üçün gündə üç dəfə məşq edirdi. O, yeni nəsil İran qadınlarının bu idmana cəlb etmək üçün onları həvəsləndirmək istəyir.


Marva Əl-Sabuni - Memar, Suriya

Suriyada memar Marva Əl-Sabuninin doğma şəhəri olan Homsda müharibə başlayanda o, şəhəri tərk etməkdən imtina edir.

O, bu dövrü sənədləşdirən kitabın müəllifidir və dağıdılmış Baba Əmr rayonunun yenidən qurulması planını hazırlayıb. Bu planda müxtəlif təbəqədən və etnik qruplardan olan insanların bir arada yaşamasını ehtiva edir.

Raya Bidşəhri - Pedoqoq, İran

Raya təhsil vasitəsilə dünyanı inkişaf etdirmək məqsədini daşıyan Awecademy təşkilatının təsisçisi və rəhbəridir.

Təşkilatın məqsədi gələcəkdə insanlığı müsbət istiqamətdə dəyişmək üçün tələbə və müəllimləri onlayn təhsil modulları ilə ilhamlandırmaqdır.


Zərifə Qafari - Mer, Əfqanıstan

28 yaşlı Zərifə Qafari Əfqanıstanın ilk qadın merlərindən biridir. Əfqanıstan prezidenti onu Vərdək vilayətinin meri təyin edib. Bura Talibanın nüfuzlu olduğu bölgələrdən biridir.

Həyatı üçün təhlükə olmasına baxmayaraq, o, bu vilayətin meri vəzifəsində işləməyi qəbul edib. Elə ilk iş günündəcə onun ofisinə qəzəbli kütlənin hücumu olub.

Onun dediyinə görə məqsədi insanları qadının gücünə inandırmaqdır.

Cəlilə Hayder - Hüquqşünas, Pakistan

İnsan hüquqları üzrə vəkil olan Cəlilə Pakistanda qadın hüquqlarının müdafiəsi üzrə ixtisaslaşıb və yoxsul qadınlara pulsuz hüquqi məsləhətlər verir.

O, "Biz İnsanlarıq" adlı qeyri-hökumət təşkilatının təsisçisidir. Təşkilat həssas uşaq və qadınlara imkanlar yaratmaq üçün yerli icmalarla işləyir. O, çətinliklərlə qarşılaşan Hazara icmasından ilk qadın hüquqşünasdır və 2018-ci ildə xalqının müdafiəsi tələbilə aclıq aksiyası keçirib.

Raja Meziane - Müğənni, Əlcəzair

Raja

Müğənni Raja Mezianenin Allo le Systeme! adlı siyasi klipi YouTube-da 35 milyondan çox izlənilib. Onun hökumət əleyhinə olan ifaları onu Əlcəzairi tərk etməyə məcbur edib.

İndi Praqada yaşayan müğənni 2019-cu ildə Əlcəzairdə keçirilmiş etiraz aksiyalarına dəstək verib.


Zehra Sayers - Alim, Türkiyə

Zehra

Biofizik Zehra Sayes Yaxın Şərq ölkələrindən səkkiz alimi bir yerə gətirdiyi üçü Yaxın Şərqin ümid işığı kimi qiymətləndirilib.

O, İsrail, Fələstin, Türkiyə və Kipr kimi Yaxın Şərq ölkələrindən alimləri bir yerə toplayaraq laboratoriyanın əsasını qoyub. Zehra Sayers 2019-cu ildə prestijli Elm Diplomatiyası mükafatına layiq görülüb.

Nur Şaker - İnformatik, Suriya

İnformatika elmləri ilə məşğul olan Nur Şaker 2008-ci ildə süni intellekt sahəsinə marağının ardınca Suriyanı tərk edərək Avropaya köçüb. Akademiyadakı uğurlu fəaliyyətinin ardından o, bu sahədə innovativ sahibkarlıq yolunu tutub.

Anasının xərçənglə mübarizəsindən ilhamlanan Nur süni intellekt sahəsindəki biliklərini tibbə tətbiq etmək qərarına gəlir.

Nəticədə isə yeni dərmanların süni intelekt vasitəsilə daha tez hazırlanmasına nail olunub. Onun işi dünyanın ən tanınmış əczaçılıq şirkətlərinin diqqətini cəlb edib.

Lyubov Sobol - Hüquqşünas, Rusiya

Lyubov

Hüquqşünas Lyubov Sobol Rusiyada korrupsiya iddialarını araşdırır, öz işini sosial media və bir milyondan çox abunəçisi olan YouTuba kanalı vasitəsilə sənədləşdirir.

Bu yay ona və digər müxalif namizədlərə Moskvada keçirilən yerli seçkilərdə namizədliklərini irəli sürmək qadağan edilib. Nəticədə onminlərlə gənc buna etiraz olaraq aksiyalar keçiriblər.

 


 qadinkimi.com

(istinad BBC NEWS)